Düşənbədən Tehrana qəfil zərbə:“90-cı illərdə Tacikistanda baş vermiş silsilə qətlləri İran maliyyələşdirib” – Təhlil

Düşənbədən Tehrana qəfil zərbə:“90-cı illərdə Tacikistanda baş vermiş silsilə qətlləri İran maliyyələşdirib” – Təhlil Ruben Qarsiya

Sputnik (Taciksitan), 10.08.2017



Çərşənbə axşamı Tacikistan mərkəzi televiziyasında ən reytinqli axşam vaxtı İranın 90-cı illərdə respublikada həyata keçirilmiş səs-küylü, sifarişli qətllər silsiləsini maliyyələşdirdiyindən açıqca danışan film göstərilib.


İki məqamı dərhal qeyd etməyinə dəyər. Birincisi: film DİN dəstəyi ilə çəkilib, sənədli film kimi qələmə verilib və dövlət kanalında göstərilib. Yəni müəyyən qədər hökumətin rəsmi mövqeyini əks etdirir.

İkincisi: bu cür filmin ekrana çıxması üçün son dərəcə uğursuz vaxt seçilib.

Məsələ burasındadır ki, bu günlərdə Tehranda prezident Həsən Ruhaninin andiçmə mərasimi olub. Tacikistandan Ruhanini təbrik etməyə energetika və su ehtiyatları naziri Usmonali Usmonzoda gəlib. O, hər şeydən əlavə, iranlılarla iki ölkə arası münasibətlərdəki böhranın aradan qaldırılmasına həsr edilmiş danışıqlarda Taciksitan tərəfini təmsil edib.

Filim nümayişi xüsusən də buna görə əcaib görünürdü: bir tərəfdən dövlət başçısı ilə barışıq danışıqları, o biri yandan, elə həmin dövlətin sifarişli qətlləri maliyyələşdirməkdə ittiham edilməsi. Televiziyada durumu operativ şəkildə şərh edə bilmədiklərindən “Sputnik” (Tacikistan) fitnəkar kinoseansın nə ilə əlaqəli ola biləcəyini ekspertlərdən öyrənməyi qət edib.

Rusiya EA mədəni və bölgəsəl araşdırmalar Mərkəzinin elmi əməkdaşı, tarix elmləri doktoru Rahimbek Boboxonov hesab edir: “Düşünürəm ki, təsadüfdür. İranla münasibətləri bu cür nümayişkaranə şəkildə korlamaq respublika rəhbərliyinin nəyinə lazım? Filmin yayımı təsadüf deyilsə, onda bu, o cümlədən İran-Tacikistan qarşılıqlı münasibətlərinə nisbətdə ayı xidmətidir”.

O, arqument kimi hökumətin məntiqcə bu filmin yayımını, heç olmasa, bir təhər şərh etməyi lazım gələn istənilən təmsilçisinin bu mövzuda ünsiyyət istəksizliyini misal gətirir.

Onun sözlərinə görə, jurnalistlər Tacikistan prezidenti yanındakı Strateji Araşdırmalar Mərkəzinin ofisinə gələrkən SAM rəhbərinin özü və köməkçisi də durumu müzakirə etmək istəməyiblər. Boboxonov düşünür ki, filmi lap çoxdan – İranla Tacikistan arasında münasibətlərin istiləşməsindən söhbət getmədiyi dövrdə çəkiblər. Filmin bu qədər əlverişsiz vaxtda göstərilməsini isə kanal rəhbərliyinin xoşagəlməz səhvi kimi dəyərləndirmək lazım gəlir.

Mərkəzi Asiya üzrə mütəxəssis, politoloq Aleksandr Knyazev bununla razılaşmır. Ekspert hesab edir: “Düşünürəım ki, bu, İrana sarı şüurlu həmlədir. Güman etmirəm ki, Taciksitanda ayrıca götürülmüş bir müəssisənin rəhbərində mərkəzlə razılaşdırılmamış təşəbbüs meydana çıxacaq. Bu cür filmin yayımı olduqca əlamətdar hadisədir, buna görə də Tehrana səfər, çox güman ki, yamsılama xarakteri daşıyır” .

Özü də bu, təkcə Taciksitan üçün sanballı olay deyil. Knyazevin fikrincə, bu filmin sifarişçiləri və prodüserləri respublika hüdudlarndan tamamilə çox uzaqda, konkret isə Ər-Riyadda otura bilərlər. “Ola bilsin, RT, vur-tut, yad, Səudiyyə təsirinin alətidir. Bu halda da filmin məqsədlərindn biri iki müttəfiqi – İran və Rusiyanı dalaşdırmaqdır”, – deyə Aleksandr Knyazev “Sputnik”-ə izah edir.

Prinsipcə bu cür bəyanat üçün səbəb var. Filmin önəmli qismi Rusiyanın 201-ci hərbi bazasının qətlə yetirilmiş 20 zabitinə həsr olunub. Süjetin özü hərbi çevriliş hazırlığında ittiham edilən və 2015-ci ildə saxlanarkən öldürülmüş keçmiş general Əbdühəlim Nəzərzodanın İranın maliyyələşdirməklə məşğul olduğu qətllərin baş təkilatçısı olduğu yönündə qurulub.

Başqa bir şübhəli – Tacikistan Ali Sovetinin keçmiş spikeri Səfərəli Kəncayevin qətlini boynuna almış Əbduqədir Abdulloyev təsdiqləyib ki, Nəzərzoda ilə birlikdə İranda hərbi hazırlıq keçib.

Qeyd etmək laızmdır ki, baxışdan sonra şəbəkədə tamaşaçıların fikirləri parçalanıb və olduqca qəti olub. Bəziləri İranı boykot etməyə və 20 il əvvəlki qətllərin təşkilinin arxasında durmuş şəxsləri cavab verməyə çağırmağa təklif edirlər.

Başqaları, əksinə, hüquq mühafizəçilərini bütün açılmamış hansısa “sallaqlar”ı müəmmalı iranlıların boynuna qoymaq istəyində ittiham edir və hökuməti məzəmmətləyirlər ki, 1992-1997-ci illər vətəndaş müharibəsinin durdurulmasında İranın tarixi rolunu unudurlar.

“Sifarişçi”nin özü hələlik sükutunu qoruyur. Lakin İranın Tacikistan səfirliyində nəşrimizə deyiblər ki, islam respublikası təmsilçiliyi ən yaxın vaxtlarda KİV-lərdə sənədli filmə münasibətdə açlıqlama yayacaq. İstənilən halda əminliklə demək olar ki, bu kinoyayım iki dövlətin onsuz da qəliz münasibətlərini daha da mürəkkəbləşdirəcək.

Tərcümə Strateq.az-ındır.
Tarix: 10-08-2017, 17:18
Xəbəri paylaş





Xəbər lenti