Yaponiya “Patriot”ları hazır vəziyyətə gətirdi - KXDR RAKETLƏRİNİ VURMAQ ÜÇÜN

Yaponiya “Patriot”ları hazır vəziyyətə gətirdi - KXDR RAKETLƏRİNİ VURMAQ ÜÇÜN Yaponiyanın özünümüdafiə qüvvələri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən ABŞ-ın Quam adası istiqamətində buraxılacaq ballistik raketlərin uçuşu gözlənilən ölkənin qərb və cənub-qərb rayonları ərazisində raket əleyhinə komplekslərin yerləşdirilməsini avqustun 12-də başa çatdırıb.

Hurriyyet.org Azərtac-a istinadən xəbər verir ki, “Patriot” raket əleyhinə kompleksləri (PAC-3) Hönşü adalarında yerləşən Şimane və Hiroşima prefekturalarında, eyni zamanda, Sikoku adasında yerləşən Ehimo və Koti prefekturalarında quraşdırılıb.

Bundan əlavə, NHK telekanalının məlumatına əsasən, Yaponiya özünümüdafiə dəniz qüvvələrinin “Aegis” informasiya-idarəetmə sistemi ilə təchiz edilmiş gəmisinin Yapon dənizinə çıxdığı da bildirilir.

BMT Təhlükəsizlik Şurasının sanksiyalarına baxmayaraq, KXDR ABŞ tərəfindən təhdidləri əsas göstərərək raket sınaqlarını davam etdirir. Bu ölkə tərəfindən buraxılan raketlər əsasən Yaponiyaya məxsus iqtisadi zonada dənizə düşür.

Xatırladaq ki, Quam adasında ABŞ-ın “Andersen” aviabazası və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.
Tarix: 12-08-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti