Klıcdaroğlu alman jurnalına Türkiyə haqda elə sözlər dedi ki, ölkə bir-birinə dəydi : “Turistlər Türkiyəyə gəlməsin, burada can və mal güvənliyi yoxdur…”

Klıcdaroğlu alman jurnalına Türkiyə haqda elə sözlər dedi ki, ölkə bir-birinə dəydi : “Turistlər Türkiyəyə gəlməsin, burada can və mal güvənliyi yoxdur…” Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Klıcdaroğlunun Almaniyanın “Focus” jurnalına verdiyi müsahibə böyük qalmqala səbəb olub.

Müsahibədə Klıcdaroğlu ölkəsini pisləyərək, xarici turistləri Türkiyəyə gəlməməyə çağırıb.

“Türkiyəyə gəlməyin, burada can və mal güvənliyi yoxdur” deyə Klıcdaroğlu müsahibəsində bildirib.

Qalmqala səbəb olan bu müsahibədən sonra, CHP-nin sədr müavini və partiya sözçüsü Bülənt Tezcan alman jurnalının Klıcdaroğlunun fikirlərini təhrif etdiyini deyib.

“Partiya sədrimiz “Türkiyəyə gəlməyin” deyə bir söz deməyib. Klıcdaroğlu fövqəladə vəziyyət şəraitində Türkiyədə can və mal güvənliyinin olmadığını bildirib. Demokratiyanı müdafiə etmək ana müxalifət partiyası sədrinin vəzifəsidir” deyə Tezcan qeyd edib.

Öz növbəsində “Focus” jurnalı Klıcdaroğlunun heç bir fikirini təhrif etmədiyini açıqlayıb.

“Müsahibəni öncə onlara göstərdik, sonra yayımladıq” deyə alman jurnalı bildirib.

Klıcdaroğlunun müsahibəsinə hakim AKP-dən də sərt təpki gəlib.

Türkiyə baş nazirinin müavini Hakan Çavuşoğlu Klıcdaroğlunu xalqdan üzr istəməyə çağırıb.

“Bunların hamısını bir nöqtəyə qədər anlayışla qarşılamaq olar. Bizim əsasən anlayışla qarşılanmadığımız , bizim qəbul etmədiyimiz və bizi xəyal qırıqlığına uğradan, bu ölkəni idarə etmək vədilə ortaya çıxıb, həm də cümhuriyyətin qurucusu olduğunu iddia edən bir partiyanın sədrinin FETÖ-çülərlə ağız-ağıza verərək, ölkəyə düşmənçilik etməsidir. Onun davranışlarını doğrudan izah etməkdə çətinlik çəkirik. Siz 2013-ci ildə Gəzi hadisələri zamanı millət vəkillərinin vasitəsilə terror həyata keçirənlərə cibinizdən çıxarıb pul dağıtmış ola bilərsiniz , Ankaranın göbəyində Türk bayrağı yandırılarkən bunu edənlərə sədd quraraq onları qoruya bilərsiniz.

Yenə eyni şəkildə xəndək terrorunun törədildiyi dövrdə deputatlarınızı oraya göndərərək, dövlətin “soyqırım” etdiyinə dair hesabatlar hazırlatdıra bilərsiniz. 17-25 dekabr çevriliş cəhdləri zamanı qeyri-qanuni görüntülər və səs kasetlərini parlamentdə toxunulmazlıq geyimlərinin altına gizlənmiş ola bilərsiniz, amma bunu unutmayın, alman jurnalına vermiş olduğunuz müsahibə sizin gördüyünüz ən pis hadisə , ən dib nöqtəsidir.

15 iyul çevriliş cəhdi axşamı hava limanında FETÖ-çülərlə razılaşaraq Bakırköy bələdiyyə sədrinin evinə qaça bilərsiniz, amma alman jurnalına dediyiniz sözlərdən qaça bilməzsiniz.Çıxıb bu millətdən üzr istəyəcəksiniz. Əks təqdirdə bu millət sizi əsla bağışlamaz” deyə Çavuşoğlu qeyd edib. (Avropa.info)

Siam.az
Tarix: 13-08-2017, 22:58
Xəbəri paylaş





Xəbər lenti