Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR

Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR Səudiyyə Ərəbistanının ən varlı şahzadəsi Əbdüləziz Əl-Suud əlində təsbeh Bodrum küçələrini gəzib. 40 mühafizəçisi ilə bərabər küçələri dolaşan şahzadəni heç kəs tanımayıb. Dünyanın ən zəngin şahzadəsi olan bu şəxsin mühafizəçiləri və qəribə davranışları ətrafdakıların diqqətini çəksə də heç kəs onun kim olduğunu bilməyib.

Əl Valid Bin Əbdüləziz Əl Suud şəhəri küçəbəküçə dolaşıb və yanında mühafizəçiləri ilə yanaşı Nazirlər Kabinetinin müşaviri Taha Gənc də olub.

Kral ailəsinə mənsub olan şahzadə Bodruma ailə üzvləri ilə bərabər gəlib. Onun təyyarəsində 300 çemodan və 30 velosiped gətirilib. Gəldiyi gün motosikletə minən şahzadə getdiyi kafeni bağlatdırıb. Orda 2 saat ailəsi və mühafizçiləri ilə bərabər qalıb.

32 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamlarından biri olan şahzadə Bodrumda “Kingdom 5 KR” adlı yaxtasında dincəlib.

Yaxta 82 metr uzunluğundadır. Yataq və yemək otağı qızıl suyuna çəkilib, helikopter hazır vəziyyətdə saxlanılır. Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR
Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR
Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR
Əlində təsbeh, 40 mühafizəçi ilə küçələri gəzdi: Heç kəs kim olduğunu bilmədi - FOTOLAR
Tarix: 16-08-2017, 18:20
Xəbəri paylaş





Xəbər lenti