Mariya Zaxarova “dünyanın sonu”ndan danışdı

Mariya Zaxarova “dünyanın sonu”ndan danışdı ABŞ hökuməti Şimali Koreya ilə bağlı bəyanatlarını həyata keçirərsə, bu, dünyanın sonunun ssenarisi olacaq. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.

“Bu, doğrudan da, hamını narahat edən məsələdir, çünki bu əzələ nümayişi nüvə silahı və nüvə texnologiyaları ətrafında baş verir. Əgər Vaşinqtondan eşitdiklərimiz həyata keçirilərsə, bu əlbəttə ki, dünyanın sonunun ssenarisi olacaq”, - “Vesti FM” radiosunun efirində Zaxarova bildirib.

Onun sözlərinə görə, bu hadisələr bir regionla məhdudlaşmayacaq və bütün dünyaya sirayət edəcək.

“Son zamanlar eşidirik ki, Vaşinqton getdikcə səs tonunu aşağı salır. Lakin problem yerində qalmaqdadır. Vaşinqtonun bəyanatları Pxenyanın bəyanatlarını sanki təkrarlayır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib.
Tarix: 17-08-2017, 08:09
Xəbəri paylaş





Xəbər lenti