CƏNAB PREZIDENT, - ÖLDÜRDÜYÜMƏ PEŞMAN DEYİLƏM

CƏNAB PREZIDENT, - ÖLDÜRDÜYÜMƏ PEŞMAN DEYİLƏM Ata qızına təcavüz edən 17 yaşlı gənci öldürüb.

Altun.az bildirir ki, hadisə Adanada qeydə alınıb. Əmrah.B təcavüzkarın başına atəş açaraq qətlə yetirib. O, Türkiyə polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Törətdiyi cinayətdən peşiman olmadığını deyən ata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib:

"Namusum üçün etdim. Namusumuzu yerdənmi tapdıq? O, qızıma təcavüz etdi. Mən bu cinayəti başqa balalar zərər çəkməsin deyə etdim. Cənab prezident, qızınızı zorlayanı öldürməzdinizmi? Prezident Ərdoğana yalvarıram, təcavüzkarlarla bağlı cəzalar sərtləşdirilsin. Biricik qızımı məndən aldılar. Bu hər kəsin başına gələ bilər. Belələrinin fotoları asılsın, ifşa edilsinlər"-deyə o bildirib.
Tarix: 17-08-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti