Dünyanın ən böyük ordusu: 1 gecədə bütün komandirlər dəyişdi - SAVAŞA HAZIRLIQ

Dünyanın ən böyük ordusu: 1 gecədə bütün komandirlər dəyişdi - SAVAŞA HAZIRLIQ Dünyanın sayca ən böyük ordusu olan Çin Xalq Azadlıq Ordusunda ciddi dəyişiklik edilir.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, 13 quru qoşunu birləşməsində 26 komandir və siyasi komissarlar başqaları ilə əvəz edilib.

"Jenmin Jibao" qəzeti bu vəzifələrə təyin edilən şəxslərin adlarını yayınlayıb. Onların təyinatı bir sutkada gerçəkləşdirilib. Bu isə Koreya yarımadasında gərginləşən vəziyyətlə əlaqələndirilir. Müharibə ehtimalının tez-tez gündəmə gəldiyi bir zamanda komandirlərin yeniləri ilə əvəz edilməsinin savaş hazırlığı məqsədi daşıdığı deyilir.

Qeyd edək ki, bu ilin martında Çin ordusunda ixtisar aparılıb. Quru qoşun birləşmələrinin sayı 18-dən 13-ə endirilib. Silahlı Qüvvələrdə islahatlar barədə çağırışlar isə hələ 2015-ci ildən eşidilməyə başlayıb. 2018-ci ildə hərbi qulluqçuların sayının 300 min azaldılaraq 2 milyon nəfərə çatdırılması nəzərdə tutulur.

Xəzər
Tarix: 18-08-2017, 14:24
Xəbəri paylaş





Xəbər lenti