Martin Şults: “Ərdoğan əndazə hissini itirib”

Martin Şults: “Ərdoğan əndazə hissini itirib” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə mənşəli Almaniya vətəndaşlarını Bundestaqa gələcək seçkilərə təsir etməyə çağırmaqla əndazə hissini itirib. Virtualaz.org xəbər verir ki, bunu özünün “Twitter” mikrobloqunda Almaniya Sosial-Demokrat Partiyasının başçısı Martin Şults yazıb.

“Ərdoğan əndazə hissini itirib. Bununla da, biz azad və demokratik Türkiyə uğrunda mübarizə aparanları daha güclü dəstəkləyirik”, - o qeyd edib.

Ötən cümə günü Ərdoğan Almaniyanın siyasi partiyalarını Türkiyəyə düşmən mövqedə durmaqda suçlayıb. Çıxışında Türkiyə prezidenti Almaniyada yaşayan türkləri Türkiyəyə hörmətsizlik edən partiyalara dərs verməyə çağırıb.

Читать
Martin Schulz ✔ @MartinSchulz
Erdogan hat jedes Maß verloren. Umso mehr stehen wir an der Seite all derer, die für eine freiheitliche und demokratische Türkei kämpfen.
17:57 - 18 авг. 2017 г.
Tarix: 18-08-2017, 22:29
Xəbəri paylaş





Xəbər lenti