Merkelin sanksiya təhdidi işə yaramadı: Alman “divi” Türkiyədə

Merkelin sanksiya təhdidi işə yaramadı: Alman “divi” Türkiyədə Almaniyanın baş naziri Angela Merkelin sanksiya təhdidi işə yaramır.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Merkelin Türkiyə ilə Avropa İttifaqının Gömrük Birliyi arasında razılaşmada verdiyi açıqlamadan sonra alman firması Türkiyəyə sərmayə yatıracağını açıqlayıb.

Almaniya siyasətçilərinin anti-Türkiyə kampaniyaları investorların qarşısını almır. Almaniyanın səhiyyə nəhəngi Türkiyəyə sərmayə qoyacaq. 138 ölkədə fəaliyyət göstərən “Synlab” şirkəti İstanbulda quracağı qabaqcıl texnologiya laboratoriya kompleksində baza yaradacaq.

Şirkətin Türkiyə nümayəndəsi İlker Kütükoğlu “Synlab”ın Yaxın Şərq, Afrika və Şərqi Balkan ölkələri üçün kompleks bir laboratoriya açmağı planladığını bildirib:

“Biz hökumətin təşviqi sayəsində İstanbula investisiya etmək qərarına gəldik. Hətta münasib qiymətlərdən ötrü İtaliya, İspaniya və Almaniyada testlər edə bilərik. Biz təxminən 10 milyon türk lirəsi sərmayə qoyacağıq. Avropadakı bütün uşaqların metabolizma xəstəliklərinin analizləri yalnız Almaniyada həyata keçirilir. Sıxlıq səbəbindən nəticələrin əldə olunma müddəti uzanır. Türkiyədə həyata keçirilməyən və Almaniyaya göndərilən çox sayda test İstanbulda ediləcək”.

Türkiyə İqtisadiyyat Nazirliyi beşinci bölgə dəstəyindən faydalanmaq üçün laboratoriyalara investisiya edən şirkətlər üçün yol açıb. Belə ki, bu sahəyə sərmayə yatırımı edən sərmayəçilərin 40 faizinə investisiya vergisi tətbiq olunur. İşəgötürən üçün 7 illik sığorta mükafatı verilir. Faiz dəstəyi, gömrük rüsumu və ƏDV istisnası təmin edilir.

Yeganə Oqtayqızı
Tarix: 19-08-2017, 13:50
Xəbəri paylaş





Xəbər lenti