Əfqanıstanda ölkəboyu böyük əməliyyat –115 terrorçu məhv edildi, 105-i yaralandı

Əfqanıstanda ölkəboyu böyük əməliyyat –115 terrorçu məhv edildi, 105-i yaralandı Əfqanıstanda güc strukturlarının keçirdikləri əməliyyatlar zamanı sutka ərzində 115 terrorçu məhv edilib, 105-i isə yaralanıb.

Bu barədə Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, müdafiə və təhlükəsizlik qüvvələri sutka ərzində 34 əyalətdən 13-ündə 20 təmizləmə əməliyyatı, 22 xüsusi əməliyyat və 2 gecə reydi keçiriblər:

"Əməliyyatlar nəticəsində 115 terrorçu məhv edilib, 105-i yaralanıb və 3-ü həbs olunub".

Məlumata əsasən, Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri bundan əlavə 3 nəqliyyat vasitəsi, 16 motosiklet, 5 bunker məhv ediblər və silah, döyüş sursatları müsadirə ediblər/Trend.
Tarix: 21-08-2017, 08:15
Xəbəri paylaş





Xəbər lenti