Rusiya aviasiyası Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv edib

Rusiya aviasiyası Suriyada 200-dən çox İŞİD terrorçusunu məhv edib Rusiya Hava-Kosmik Qüvvələri Suriyada Deyr-ez-Zor şəhərinə gedən 200-dən çox İŞİD terrorçusunu məhv ediblər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki: "Rusiya HKQ aviasiyası İŞİD terror qruplaşmasının qruplaşmaq istədiyi Deyr-ez-Zor şəhərinə gedən böyük qrup terrorçunu məhv edib. HKQ-nin bombardmançı və ordu aviasiyası 20-dən artıq avtomobil, zirehli texnika, həmçinin tanklar məhv ediblər. Eyni zamanda 200-dən artıq terrorçu məhv edilib".

Siam.az
Tarix: 21-08-2017, 08:30
Xəbəri paylaş





Xəbər lenti