Rusiya kimi dövlət ərazini işğal edirsə... - Mettis

Rusiya kimi dövlət ərazini işğal edirsə... - Mettis Ukraynaya səfəri zamanı Pentaqon başçısı Ceyms Mettis Vaşinqton və Kiyev arasında strateji tərəfdaşlıq planlarını təsdiqləməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən informasiya yayılıb.

“Mən Ukraynanın Müstəqillik Günü ilə bağlı tədbirlərdə iştirak etməyi və Prezident Pyotr Poroşenko və Müdafiə naziri Stefan Poltorakla görüşməyi planlaşdırıram. Demokratiya yaratmaq asan deyil. Rusiya kimi dövlət ərazi bütövlüyünü pozduğu halda müstəqilliyini qorumaq da asan deyil”, - Mettis bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis 24 avqustda Ukraynaya işgüzar səfər edəcək.
Tarix: 22-08-2017, 07:50
Xəbəri paylaş





Xəbər lenti