ABŞ hərbi təyyarələri havaya qalxdı, Kim Çen qəzəbləndi: “Araqızışdıran!”

ABŞ hərbi təyyarələri havaya qalxdı, Kim Çen qəzəbləndi: “Araqızışdıran!” Cənubi koreyalılar ABŞ-a qarşı nümayiş keçirdilər

Hurriyyet.org xəbər verir ki, Cənubi Koreya ilə Amerikanın ortaq təlimlərində 50 min nəfər hərbçi iştirak edir. “Mənəm-mənəm” deyən ölkələr sırasında İngiltərə, Avstraliya, Kanada və Hollandiya da var.

Amerikanı araqızışdırmaqda ittiham edən Şimali Koreya isə təlimlərin həqiqi müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Cənubi Koreyanın informasiya agentlikləri, irimiqyaslı təlimlərdə 50 min yerli, 17 500 əcnəbi hərbçilərin iştirak elədiyini bildiriblər. “Ulçi” adlanan təlimdə Avstriya, Kanada, Kolumbiya, Danimarka, Yeni Zelandiya, Hollandiya və İngiltərə hərbçiləri də iştirak edirlər.

Beynəlxalq agentliklərin yaydıqları fotolarda Amerikanın U-2 Draqon kəşfiyyat təyyarəsinin Cənubi Koreyadakı ABŞ bazasına endiyi görünür. Bazada raket başlıqları da diqqəti cəlb edir. Təlimdə anti-terror briqadaları da iştirak edib, bəzi iştirakçılar əleyhqaz taxıblar.

Penqaton güc nümayişi olan təlimlərin yüksək rütbəli komandirlər tərəfindən izləniləcəyini bildirib.

Cənubi Koreyanın bəzi şəhərlərində hərbi təlimlərə qarşı nümayişlər keçirilir. Etirazçılar təlimlərin müharibə ilə nəticələnə biləcəyini düşünürlər.

Kim Çen əsəbiləşib

ABŞ hərbi təyyarələri havaya qalxdı, Kim Çen qəzəbləndi: “Araqızışdıran!”

Cəbhənin digər tərəfindəki Şimali Koreyanın başçısı Kim Çen də ABŞ-ı yanğına körüklə gedib aranı qızışdırmaqda ittiham edib, təlimlərin müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ, Cənub Koreya və Yaponiyanın Koreya yarımdadınsa keçirdikləri təlimlər Çin və Rusiyanın da diqqətini cəlb edib.
Tarix: 22-08-2017, 07:54
Xəbəri paylaş





Xəbər lenti