ABŞ daha dünyada demokratiya mübarizəsi aparmayacaq: “O dövrlər keçdi” - PREZİDENT

ABŞ daha dünyada demokratiya mübarizəsi aparmayacaq: “O dövrlər keçdi” - PREZİDENT “Biz bundan sonra ABŞ silahlı qüvvələrindən xaricdə demokratiyanın bərqərar olması üçün istifadə etməyəcəyik. Yaxud başqa ölkələrin də bizim kimi olması üçün cəhd göstərməyəcəyik".

Cebhe.info xbərə verir ki, bunu prezident Donald Tramp deyib.

Prezident bildirib ki, ABŞ-ın başqa ölkələrdə silalı qüvvələrdən demokratiyanın bərpası üçün istifadə zamanı keçib: "O dövrlər keçib. Bunun əvəzində biz tərəfdaşlarımızdan ümumi maraqlarımızın qorunmasını istəyəcəyik. Biz başqalarından həyat tərzini dəyişməyi tələb etmirik, ancaq bizim uşaqlarımıza daha yaxşı yaşamaq imkanı verən ümumi məqsədlər qorunmalıdır. Bu isə bizim qərarların qəbulunda əsas faktor olacaq".

Prezidentin çıxışından sonra Dövlət Departamenti ABŞ-ın regiondakı strategiyasına dair xüsusi açıqlama ilə çıxış edib. Bildirib ki, Vaşinqton əfqan hakimiyyətinin taliblərlə hansısa əlavə şərtlər olmadan danışıqlarını dəstəkləyir.

Xatırladaq ki, bundan əvvəl ABŞ mətbuatı Əfqanıstandakı hərbi birləşmələrin sayının 4 min artırılacağı barədə məlumt yaymışdı.

Xəzər
Tarix: 22-08-2017, 14:59
Xəbəri paylaş





Xəbər lenti