KANDİLDƏ TÜRKİYƏ İLƏ İRANIN BİRGƏ ƏMƏLİYYATI OLA BİLƏRMİ? - Təhlil

KANDİLDƏ TÜRKİYƏ İLƏ İRANIN BİRGƏ ƏMƏLİYYATI OLA BİLƏRMİ? - Təhlil Zeynep Gürcanlı

ABŞ-da prezident Donal Tramp iqtidarı İsrail ilə birləşərək İrana qarşı təzyiqi daha da artırıb. İran da öz növbəsində bundan sonra Türkiyəyə yönəlik yol tutdi. Ankara ilə Tehran arasında, Səudiyyə-İran gərginliyində prezident Rəcəb Tayyib Ərdoğanın ötən il açıqca səudilərin tərəfində durması ilə soyuyan münasibətlər son bir neçə ay ərzində yenidən isinməyə başlayıb. O dərəcədə ki, Türkiyə və İranın, Şimali İraqdakı PKK terror təşkilatı yuvalarının yerləşdiyi Kandil və Səncara belə, birgə əməliyyatlar aparılmasından söhbət açmağa başlayıblar.


Bəs, mövcud beynəlxalq konyunkturada belə bir əməliyyat mümkün ola bilərmi?

İRANIN ƏSAS DƏRDİ İDLİBDİR; “TÜRKİYƏ, ŞİMALİ SURİYADA ƏSƏD İQTİDARININ NƏZARƏTİNİ QƏBUL EDİB”

ABŞ təzyiqinə qarşı Türkiyə ilə yaxınlaşmanı seçən Tehrandan ilk ümühüm səfəri İranın xarici işlər naziri Cavad Zərig iyun ayının əvvəlində Ankaraya edib. O dövrdə Zərifin Tehranda baş verən böyük terror hadisəsinə rəğmən, Ankaraya səfərini təzirə salmaması, İran hökumətinin Türkiyəyə yaxınlaşmağa verdiyi əhəmiyyətin isbatı idi.

Zərifdən iki ay sonra, bu dəfə 9 nəfərlik yüksək rütbəli hərbi heyətlə İranın Baş Qərargah rəisi Bağıri Ankaraya gəldi.

Bağırinin səfəri, İran İslam İnqilabının baş verdiyi 1979-cu ildən bəri Türkiyəyə Baş Qəragah rəisi səviyyəsində edilən ilk səfər olması ilə diqqəti cəlb edir. Səfər zamanı verilən rəsmi açıqlamalarda, “ikitərəfli və regional təhlükəsizlik məsələlərindən danışıldı” kimi açıqlamalar verilsə də, təfərrüatları şəxsən Baş Qərargah rəisi bildirib. Tehrana qayıdanda açıqlamalar verən Bağıri deyib: “Şimali Suriyada Suriya hökumətinin hegemonluğunun təmin edilməsi məsələsində Türkiyə ilə razılaşma əldə elədik”.

Bu diplomatik ifadəsinin mənası belədir: AKP indiyə qədərki “Əsədi devirmək” siyasətində geriyə doğru böyük bir addım ataraq, Suriya ilə sərhədində “Əsəd iqtidarının nəzarəti təmin eləməsini” qəbul eləyib.

Bunun regiondakı nəticəsi isə, Suriya sərhədinin Hatay/Osmaniya xəttindəki İdlibdə yuva salan, bir vaxtlar AKP hökumətinin də Əsədi devirmələri üçün logistik dəstək verdiyi cihadçı qrupların Ankara tərəfindən daha dəstəklənməyəcəyi deməkdir. İdlibdə son dövrdə, bütün dünyanın terror təşkilatı kimi qəbul elədikləri “Əl Qaidə” və “Əl Nüsra” ilə əlaqəli qruplar hakimiyyət qurmuşdular. İranın Baş Qərargah rəisinin bu açıqlaması ilə Ankaradakı AKP hökumətinin İdlibə qarşı Rusiya-Əsəd-şiə milislər əməliyyatına “yaşıl işıq yandıqdığı” şərhləri verilir.

İRAN AFRİN MƏSƏLƏSİNDƏ RUSİYA İLƏ VASİTƏÇİ OLA BİLƏR

Şimali Suriyada, Türkiyə sərhədindəki başqa bir varlıq isə, PKK terror təşkilatı ilə əlaqədar olan YPG-PYD-nin nəzarətində olan Kobani və Afrin məntəqələridir. Türkiyə ilə Suriyanın şərqində qalan Kobani bölgəsi hələ də ABŞ-ın təminatı altındadır. Bölgədə çox sayda ABŞ bazası yerləşir.

Lakin Fərat çayının qərbində, Türkiyə sərhədində qalan Afrin məntəqəsində görünən yad qüvvələr Rusiya birlikləridir.

İranın Baş Qərargah rəisi İdlibdəki cihadçılardan dəstəyini kəsməsi qarşılığında AKP hökumətinə, Rusiya ilə Afrin məsələsində “vasitəçilik” təklif eləmiş ola bilər.

Diplomatik şərhçilərə görə, AKP hökuməti, sərhədin cənubundakı Afrin bölgəsinin PKK-nın qolu olan YPG-PYD əvəzində, bu günlərdə “ehven-i şer” kimi gördüyü Əsəd iqtidarı tərəfindən nəzarətə götürülməsinə üstünlük verə bilər. Üstəlik, Əsəd iqtidarının böyük dəstəkçisi Rusiyanın belə bir uzalaşmaya qarşı çıxmayacağı da həm Ankara, həm də Tehran tərəfindən hesablanmış ola bilər.

KANDİL VƏ SƏNCARDA İRAN-TÜRKİYƏ BİRGƏ ƏMƏLİYYATI OLA BİLƏRMİ?

İranla Türkiyə arasında siyasi və hərbi yaxınlaşma İraqa da şamil ola bilərmi?

Prezident Ərdoğanın “Təhdid ünsürü halına gəlmiş lan bu terror təşkilatlarına qarşı İranla belə bir ortaq əməliyyatın aparılması hər an gündəmdədir” sözləri, iki ölkənin İraqdakı PKK yuvalanmasına qarşı birgə əməliyyat keçirə biləcəyi kimi şərh edilir.

Lakin mövcud konyunkturada belə bir əməliyyat mövcud ola bilərmi?

Belə bir əməliyyat, İraqın şimalında mühüm rol oyanayan Bağdad hökumətinin də “rəsmi ordu”ya daxil elədiyi İran dəstəkli Haşdi Şabi birlikləri ilə TSQ qruplarının “əməkdaşlıq eləməsini” zərirləşdirəcək. Halbuki, bir neçə ay bundan əvvəl şəxsən prezident Ərdoğan “Haşdi-Şabi”nin İraqın şimalındakı fəaliyyətlərinə çox sərt reaksiya verərək belə demişdi: “Telafer tamamilə türkmən eli, rayonudur. Onların yarısı şiə, yarısı sünnidir. Təbii ki, biz onları şiə-sünni deyə, ayırmırıq, hamısını ürəyimizin arzusu ilə müsəlman kimi görürük. Lakin, əgər, “Haşdi-Şabi” belə bir terror təhdidi yaradarsa, cavabımız fərqli olacaq”.

İraqda terror ünsürlərinə qarşı mümkün İran-Türkiyə əməliyyatının başqa bir problemi isə Tehran və Ankaranın Şimali İraqdakı Barzani rəhbərliyinə qarşı bu günə qədər mövcud yanaşmalarının fərqliliyidir. Barzaninin “müstəqillik referendumu” qərarına İran çox sərt reaksiya verib, lakin Ankaradakı AKP hökuməti, referenduma qarşı olduğunu deməklə yanaşı, etirazını çox da kəskin şəkildə bildirməmişdi.

Barzani rəhbərliyinin ABŞ ilə yaxın əlaqəsi də mümkün İran-Türkiyə hərbi əməliyyarında problem yarada bilər. ABŞ iqtidarının İran ordusunun Şimali İraq torpaqlarına birbaşa müdaxiləsinə reaksiya verməməsi diplomatik kulislərdə heç də müsbət qarşılanmır.

Tərcümə Hurriyyet.org-undur.
Tarix: 23-08-2017, 21:45
Xəbəri paylaş





Xəbər lenti