Braziliyada gəmi batdı - 10 ölü

Braziliyada gəmi batdı - 10 ölü Braziliyanın Para ştatında sərnişin daşıyan gəmi batıb.
Publika.az RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 10 nəfərin öldüyü, 40 nəfərin itkin düşdüyü bildirilir.
Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam edir.
Qeyd edək ki, “Comandante Ribeiro” bərəsi Amazon çayında qəzaya uğrayıb. Bərənin göyərtəsində 70 sərnişin və ekipaj üzvü olub.
Tarix: 24-08-2017, 09:01
Xəbəri paylaş





Xəbər lenti