Rusiyadan ABŞ-a "İsgəndər" xəbərdarlığı

Rusiyadan ABŞ-a "İsgəndər" xəbərdarlığı ABŞ-ın Ukraynadakı hərbi fəaliyyətini gücləndirməsinə qarşı tədbirlər görəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator İqor Morozov deyib.

O bildirib ki, Pentaqon rəhbəri Ceyms Mettis Ukrayna lideri Pyotr Poroşenko ilə görüşündə məhz bu ölkəyə ölümcül silah göndərməyi məsələsini müzakirə ediblər:

“Bu proseslər Rusiya sərhədinə yaxın bölgədə cərəyan etdiyi üçün lazımi tədbirləri görəcəyik və sərhədlərimizi gücləndirəcəyik. ABŞ-ın Rumıniyada raketdən müdafiə sistemi yerləşdirməsinə cavab olaraq Qərb Hərbi bölgəsinə “İsgəndər” raketləri yerləşdirdik. Vaşinqtonun Ukrayna həmləsinə də eyni şəkildə cavab verə bilərik”.
Tarix: 25-08-2017, 00:03
Xəbəri paylaş





Xəbər lenti