“Allahu əkbər” qışqıran şəxs xəbərdarlıqsız öldürüləcək-Venesiyada

“Allahu əkbər” qışqıran şəxs xəbərdarlıqsız öldürüləcək-Venesiyada İtaliyanın Venesiya şəhərində “Allahu əkbər” ifadəsini qışqırmaq qadağan edilib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Venesiya şəhərinin meri Luici Brunyaro söyləyib. Onun sözlərinə görə, belə hal olacağı halda qışqıran şəxsə xəbərdarlıq edilmədən atəş açılacaq:

“Biz İtaliyada terrorizmə qalib gəlməliyik. Biz öz müdafiəmizi gücləndiririk. Bəyan edirəm ki, əgər kimsə San-Marko meydanında “Allahu əkbər” deyib qışqıraraq qaçarsa, biz xəbərdarlıq etmədən atəş açacağıq”.
Tarix: 25-08-2017, 07:49
Xəbəri paylaş





Xəbər lenti