Rusiya nüvə müharibəsinə hazırlıq görür? - Paytaxtda yeraltı sığınacaqlar tikilir…

Rusiya nüvə müharibəsinə hazırlıq görür? - Paytaxtda yeraltı sığınacaqlar tikilir… AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Moskvadakı «Botaniçeskiy sad» metrostansiyası yaxınlığında 1500 nəfərlik yeraltı sığınacaq tikiləcək.

«Moskomarxitektura»-nın sənədlərinə istinadla, bu barədə xəbəri «Moskva-24» telekanalı yayıb.

Sözügedən mülki müdafiə qurğusu çoxmərtələbi yaşayış kompleksinin tərkibində inşa ediləcək və «Ostankino» parkının yanında yerləşəcək.

Telekanal qeyd edir ki, 1500 nəfərlik sığınacaq özlüyündə böyük qurğu sayılır. Sığınacağın bunkerləri oraya sığınanları episentrdən müəyyən məsafədə nüvə partlayışının zərbə dalğasından, işıq şüalanmasından, keçici radiasiyasından və zəhərli maddələrdən qoruyacaq.

Bu da olur nüvə müharibəsinə hazırlıq…
Tarix: 25-08-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti