ABŞ kəşfiyyatı üçün gözlənilən an: Putinin dağıdıcı PLANI AÇIQLANDI

ABŞ kəşfiyyatı üçün gözlənilən an: Putinin dağıdıcı PLANI AÇIQLANDI Rusiya və Belarusun sentyabr ayının ortalarında keçirməyi planlaşdırdığı “Qərb-2017” birgə hərbi təlimləri ABŞ və NATO tərəfindən təhdid kimi qəbul edilir.
Publika.az xəbər verir ki, CNN telekanalına danışan qərb analitikləri təhdidlə yanaşı, təlimlərdə müəyyən xeyir də gördüklərini deyiblər.

Bu həftə Kiyevə gələn ABŞ-ın müdafiə naziri Ceyms Mettis Rusiyaya güclü siqnal verdi. Nazir söz verdi ki, Birləşmiş Ştatlar Krımın Rusiya tərəfindən tutulmasını tanımayacaq və Ukraynaya Rusiya təcavüzünə müqavimət göstərməyə kömək edəcək.
Ceyms Mettis Ukraynanın Müstəqilliyi Günündə (24 avqust) paradda Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı hissələrinə baxış keçirdi. Ukrayna prezidenti işarə etdi ki, bu hissələr Ukraynanın ən barışmaz düşməni olan Rusiyaya qarşı dayanmaq üçün lazım ola bilər. Ukrayna prezidentinin sözlərinə görə, hazırda Ukraynanın işğal edilmiş ərazilərində olan Rusiya qoşunlarının minimal miqdarı təxminən 3 min nəfərdir (Söhbət yalnız Donbasdan gedir, Krımdakı hərbi güclərin sayı on minlərlədir - red.).
Ukrayna qoşunları hələ 2014-cü ildən Rusiyayönlü separatçılarla vuruşur. Kiyevin açıqladığı statistikaya görə, 10 mindən çox insan həlak olub. Rusiya qoşunlarının Ukrayna ərazisində olması barədə deyilənlər Kreml tərəfindən inadla inkar edilir. Analitiklər isə bu inkarları absurd adlandırır.
“Kövrək imperiya” kitabının müəllifi Ben Cudanın sözlərinə görə, indi artıq tamamilə aydındır ki, Rusiya Şərqi Ukraynaya genişmiqyaslı hərbi müdaxilə həyata keçirir: “Rusiya prezidenti Vladimir Putinin Ukraynada hədəfi iflic və sabotaj etmək, beləliklə, Avropa İttifaqı və Qərblə inteqrasiyanı arzulayan Ukrayna hökumətini məhv etməkdir: “ABŞ və onların Avropa müttəfiqləri Putinə şəxsi siqnalı verməyə hazırlaşırlar. NATO gücləri tərkibində Çexiyada keçiriləcək qarşıdakı təlimlər çərçivəsində B-1 Amerika bombardmançıları və 32 ton bomba apara biləcək B-52 “Stratofortress” təyyarəsi cəlb ediləcək”.
Ben Cuda qeyd edir ki, son il boyunca Rusiya keçmiş Sovet İttifaqının hərbi müdaxilələri həyata keçirmək qabiliyyətini bərpa edirdi. Ekspertin fikrincə, Rusiya bütövlükdə bu hədəfə nail olub və “Qərb-2017” təlimləri bu uzunmüddətli prosesin bir hissəsidir.
Rusiya silahlı qüvvələri üzrə ekspert Maykl Kofman hesab edir ki, “Qərb-2017” təlimləri əslində Qərb, ABŞ və NATO ilə genişmiqyaslı toqquşma üçün Rusiyanın hazırlığını təşkil edir.
Analitiklərin sözlərinə görə, “Qərb-2017” çərçivəsində Putin hər şeyi işə salacaq, təlimlərə xüsusi təyinatlı dəstələr, paraşütçülər, tank hissələri cəlb ediləcək və hamısı döyüşə hazırlanacaq.
Amerikalı hərbi müxbir Brayan Todd bildirir ki, təlimləri ABŞ və onun NATO üzrə müttəfiqləri tərəfindən təhdid kimi qəbul edilsə də, onlar həmçinin faydalı ola bilər. Onun sözlərinə görə, kəşfiyyat və kəşfiyyatın başqa metodlarının köməyi ilə ABŞ silahlı qüvvələri təlimləri müşahidə edərək Putinin öz silahlarını necə yaxşılaşdırdığını və döyüş birləşmələrini Avropa sərhədlərində hansı səviyyədə inkişaf etdirməyə qadir olduğunu öyrənə biləcək.
Ömər Dağlı
Tarix: 25-08-2017, 22:47
Xəbəri paylaş





Xəbər lenti