Kim Çen Tramp... - MARAQLI MÜQAYİSƏ...

Kim Çen Tramp... - MARAQLI MÜQAYİSƏ... "Radio Svoboda"nın müxbiri, tanınmış jurnalist İlya Milşteyn Şimali Koreya diktatoru və ABŞ prezidenti arasında maraqlı müqayisələr aparıb.

Siam.az Moderator.az-a istinadən həmin yazını təqdim edir:


“Şimali Koreyadan heç vaxt yaxşı xəbərlər gəlmir, ona görə də KXDR marşalının sülh təşəbbüsü şok yaradır. Oxuyursan, inanmağın gəlmir. Əgər çuçxe dilindən bizə uyğun olan bir dilə tərcümə etsək və baş verənləri düzgün qiymətləndirsək, bu o deməkdir ki, əyilməz Kim geri çəkilir. Bu, Pxenyanın bəşəriyyətlə qarşılıqlı münasibətlər tarixində nadir hadisədir.
Qısa müddətdə Quama zərbə endirməkdən imtina zarafat və lağlağı ilə yada salınır. Gənc başçı BMT Təhlükəsizlik Şurasının sanksiyalarına qarşı Vaşinqtonla konfliktin gərginləşdirilməsinin daha ağıllı addım olduğuna şübhəylə yanaşmağa başlayıb. Çox güman ki, o özü də təəccüblənib ki, bu necə baş verdi? İndiyədək bütün Kimlər-baba, ata və nəvə xarici aləmlə diskusiyalarda nadir hallarda özlərini refleksə meyilli olan insanlar kimi göstəriblər. Ona görə ki, bu diskusiyalarda şantaj texnologiyası möhkəm mənimsənilmişdi və onillər idi ki, işdə effektliyini sübut etmişdi. O vaxtdan ki, Kim İr Sen ölkəni xışla qəbul edib, xışla və atom bombası ilə də qoyub getmişdi, Pxenyan sivilizasiya ilə dialoqlarda həmişə eyni metodikanı uğurla istismar edib. Dayanmadan silahlanmaq və hədələməklə Şimali Koreya rəhbərləri öz atom bombalarını mazuta, ərzağa və pula dəyişiblər. Yəni ki, siz bizi yemləyin, əvəzində biz sizə toxunmarıq. Yoxsa, sizi “alov dənizində” boğarıq.

Bu metodika ilyarım bundan əvvəl- Kim Çın In təntənəli şəkildə hidrogen bombasını yaratdıqlarını elan edəndə işə yaramamağa başladı. O vaxt Vaşinqtonda, Seulda, Tokioda, Brüsseldə, Moskvada və başqa şəhərlərdə fikirləşdilər ki, gələcək nəsil və müasirlər üçün nə edəcəkləri bilinməyən Kimlərin qorxaqcasına yemlənməsi hansı bəlalara səbəb ola bilər. Qəddar Kimlər şimali koreyalıları faktiki olaraq ölümcül hala salıblar, amma Pxenyan həqiqi nüvə bombası ilə özünü necə aparması tapmaca ola bilər.
Donald Tramp Ağ Evə gələndən sonra situasiya radikal şəkildə dəyişdi, radikallıq və aqressiya gəldi. Bu barədə tezliklə təkcə prezident tvitterini izləyənlər deyil, xarici tərəfdaşları və düşmənləri də xəbər tutdu. O çəkinmədən Suriyaya zərbə endirdi. O həm diktatoru cəzalandırdı, həm də “ boş” Barak Obamaya göstərdi ki, düşmən qırmızı xətti keçəndə nə etmək lazımdır.

Bir az da kobudluq edərək qandırdı ki, yaxşı olar ki, onunla oynamasınlar və bu xarakter də onu Pxenyanlı yoldaşlara “yaxınlaşdırdı” .

Nə edəcəyi bəlli olmayan xarakteri ilə Tramp onlara oxşayır. Qeyd edək ki, bu günlərdə Kim Çen In qəflətən Amerikaya şans vermək qərarına gəldi, hətta Quama zərbə endirmək imitasiyasından da əl çəkdi, çünki qarşısında indiyədək adət etmədikləri bir lider vardı və Amerika prezidentləri, ümumiyyətlə siyasi liderlər içərisində yalnız Tramp şimali koreyalılarla onların anlayacağı dildə danışdı. Yəni sivil cənablar Kimlərlə yazıqcasına ”atom silahını dayandırmaq” və “sanksiyalar” kimi ifadələr işlədəndə alınmırdı. Tramp lazım idi, müharibə hətta xalqı və siyasi elitanı onun ətrafında birləşdirə bilər və biz möcüzənin şahidi olduq. Qorxmaz Kim titrədi.

ABŞ prezidenti eksperment göstərdi ki, sivil dünya özünü böyük sərkərdə hesab edənlə necə danışmalıdır. Hansı üslubda danışmalısan ki, səni eşidə bilsinlər. Belə bir fikir yaranır ki, Şimali Koreyanı özünü dəlisov, zorba kimi təqdim edənlər deyil, intihar etməyə və kədərli ölkələrinin kədərli sonluğuna hazır olmayan praqmatiklər idarə edir. Belə bir rəy var ki, onlar - görkəmlərində zorbalıq olan praqmatiklər - o vaxta qədər qorxuncdular ki, hələ ki, onlardan qorxurlar. Bu, qorxu ilə alver edən bütün diktatorlara aiddir.

Bu maraqlı təhlil göstərir ki, biz də düşmən Ermənistanla çox yumşaq, diplomatik ifadələrlə danışırıq. Doğrudur, Azərbaycan ABŞ deyil, amma Ermənistan da Şimali Koreya. Özünü məğlubedilməz sayan erməninin bir dəfə lazımınca dərsi verilsə, anlayar ki, Qarabağ onun torpağı deyil və işğala son qoymalıdır. Həm diplomatiyada, həm hərbdə səsimizi ucaltmalıyıq, bərkdən danışmalıyıq.
Siam.az
Tarix: 26-08-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti