ABŞ-da fövqəladə vəziyyət! Sığınacaqlara hücum etdilər, ehtiyatlar tükəndi! 6 milyon insan təhlükədədir – QASIRĞA BAŞLANIR

ABŞ-da fövqəladə vəziyyət! Sığınacaqlara hücum etdilər, ehtiyatlar tükəndi! 6 milyon insan təhlükədədir – QASIRĞA BAŞLANIR Neft quyuları işi dayandırıb. Dövlətdən açıqlama: “Saatda 209 km sürətlə gələn fəlakətdən sonra yaşayış imkansızlaşacaq.Dəniz səviyyəsinin 4 metr yüksələcəyi gözlənilir”

Hurriyyet.org xəbər verir ki, son 12 ilin ən qüvvətli fırtınsadı ABŞ-ın Texas əyalətini öz təsiri altına almağa başlayıb. “Harvey” adı verilən fırtınanın şiddətli küləl və leysan yağış gətirməsi gözlənilir. Dövlət məmurları da qorxunc açıqlamalar verirlər. Saatda 209 kilometr sürətlənəcəyini proqnozlaşdıran mütəxəssislər qasırğanın sürətlə gücləndiyini və kateqoriyasının yüksəldiyini bildirilər. Srağagün 2-ci, dünən 3-cü kateqoriya ilə qiymətləndirilən qasırğa bu gün artıq 4-cü kateqoriyaya çata bilər. Dəniz səviyyəsinin 4 metr yüksələcəyi gözlənilir. Harvey qasırğasının yolu üzərində 6 milyon insanın olduğu təxmin edilir. ABŞ-da neft istehsalının mərkəzi hesab edilən bölgədə işlər dayandırılıb.


Ağ Evə gəldiyi gündən bəri ilk dəfə bu qədər irimiqyaslı təbii fəlakətlə qarşılaşan ABŞ prezidenti Donald Tramp hökumətin əhaliyə bütün imkanları ilə dəstək verəcəyini bildirib.

ABŞ-da fövqəladə vəziyyət! Sığınacaqlara hücum etdilər, ehtiyatlar tükəndi! 6 milyon insan təhlükədədir – QASIRĞA BAŞLANIR

Minlərlə insan bölgədən uzaqlaşdırılıb, bəziləri isə sığınacaqlarda gizlənib. Amerikalıların çoxu ərzaq, benzin, qum torbası ehtiyarları tədarük edib. Qasırğa artıq özünü göstərməyə başlayıb. Binalara zərər dəyib, yol lğvhələri və işıq dirəkləri yerindən qopub.



Texasın valisi Qreq Abbotun “ölümcül və böyük fəlakətlərə səbəb ola bilən” adlandırdığı Harvey qasırğası səbəbindən milyonlarla insan evlərini tərk edərək sığınacaqlara yerləşiblər. Texas əyalətini dalbadal iki dəfə vuracağı gözlənilən qasırğanın sellərə və topraq sürüşmələrinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib. ABŞ-da 3-cü kateqoriya dərəcəsində qasırğa son dəfə 2005-ci ildə Florida əyalətində baş verən Vilma qasırğası olub. Texası valisi televiziya ilə xalqa müraciət edərək deyib: “Bir çox insanlar bu qasırğanı ciddi qəbul eləmirlər, onlar üçün böyük təhdid olduğunu hesab eləmirlər. Lütfən, xəbərdarlıqlara qulaq asın və imkan daxilində buraları tərk edin”.

Qasırğa kateqoriyaları

ABŞ-da fövqəladə vəziyyət! Sığınacaqlara hücum etdilər, ehtiyatlar tükəndi! 6 milyon insan təhlükədədir – QASIRĞA BAŞLANIR

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, birinci kateqoriya qasırğanın sürəti saatda 119-153 kilometrə çatır. Evlərin damlarının uçmalarına, böyük ağaç budaqlarının qırılmasına, bəzi ağacların kökündən çıxmasına, enerji xəttlərinə də zərər verərək bir neçə günlük elektrik kəsilməsinə səbəb ola bilir.

ABŞ-da fövqəladə vəziyyət! Sığınacaqlara hücum etdilər, ehtiyatlar tükəndi! 6 milyon insan təhlükədədir – QASIRĞA BAŞLANIR

İkinci kategoriya qasırğada küləyin sürət 154-177 km/saata çatır. Möhkəm tikililərin belə damına və hissələrinə zərər verə bilir. Çox sayda ağavların yıxılmasına, yolların sıradan çıxmasına səbəb olur, bir həftəyə qədər elektrik kəsilməsinə səbəb olan zədələnmələr yaradır.

3-cü dərəcədə qasırğanın sürəti 178-208 km/saat olur, yenə də evlər, ağaclar, yollar zərər görür, su və elektrik xəttlərinə vurulan zədə bir neçə gündən bir neçə həftəyə qədər bu kommunal ehtiyacların ödənilə bilməməsinə səbəb olur.



209-251 km/saat sürəti olan 4-cü kateqoriyalı qasırğa həqiqətən də fəlakətlərə səbəb olur. Möhkəm tikililərin belə damlarını və divarlarını dağıda bilir, avtomobillər, ağaclaq məhv olur. Elektrik dirəklərini, körpüləri yıxa bilir. Aylarda davam edəcək elektrik kəsilməsi və içməli su qıtlığıma səbəb olaraq, regionu aylarla yaşayış üçün şəraitsiz vəziyyətə salır.

5-ci kateqoriyada qasırğanın sürəti saatda 252 kilometri keçir, qarşısına çıxan hər şeyi darmadağı edib parçalayır, evləri, ağacları yerlə bir edir,nəqliyyat vasitələrini sürükləyir. Qasırğanın keçdiyi yerlər yaşanmaz hala gəlir. Yıxılan ağaclarla elektrik dirəkləri yolları keçilməz edir.
Tarix: 26-08-2017, 17:22
Xəbəri paylaş





Xəbər lenti