1937-ci ildə çəkilmiş rəsm – Əlində Ayfon olan hindu

1937-ci ildə çəkilmiş rəsm – Əlində Ayfon olan hindu Rəssam Umberto Romanonun 1937-ci ildə çəkdiyi rəsmdə əlində Ayfona çox bənzər bir əşya tutan hindu təsviri böyük marağa səbəb olub.

Kult.az xəbər verir ki, bu barədə “Motherboard” informasiya yayıb. Nəşrin redaktoru Brayan Andersonun sözlərinə görə, əsər barədə məlumatı tarixçi Deniel Krounun rəssamlıqla bağlı məqaləsindən öyrənib.

Umberto Romano “Pinçon və Sprinqfild qəsəbəsi” əsərini 1937-ci ildə tamamlayıb. Əsərdə ingilis koloniyaçı Uilyam Pinçon təsvir olunub. Onun yanında isə ənənəvi geyimli bir hindu əlində Ayfonu xatırladan bir əşya ilə təsvir edilib.

Müasir bir insanın hindunun əlində tutduğu düzbucaqlı lövhəni başqa bir şey olaraq qəbul etməsi çətindir. Rəsmdə hindunun əlindəki predmetə böyük maraqla yalnız qolları bağlanmış kişi baxır, digər personajlar isə bir o qədər də diqqət göstərmir.

Qeyd edək ki, tarixçi Deniel Kroun həmin əşyanın smartfon telefondan daha çox, adi bir güzgü ola biləcəyini bildirib.
Tarix: 27-08-2017, 10:23
Xəbəri paylaş





Xəbər lenti