“Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...”

“Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...” Ermənistan prezidenti Serj Sərkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Virtualaz.org xəbər verir ki, iştirakçılardan biri Sərkisyandan soruşub: “O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?”

Sərkisyan isə cavab verib ki, Putinlə nəinki Qarabağda sülhməramlıların yerləşdirilməsini müzakirə etməyib, eləcə də ümumiyyətlə Qarabağ problemi barədə müzakirə aparmayıb. “Biz ümumiyyətlə bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik”-Sərkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir. “Hoqland postunu tərk edir və görünür öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var”, - Ermənistan rəhbəri əlavə edib.

“Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...”

Payızda Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş imzalayacaq. Virtualaz.org “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.

“Payızda imzalayacağıq. Onu imzalamamaq üçün səbəbimiz yoxdur”, - “Baze” gənclər düşərgəsinin iştirakçıları ilə görüşdə S.Sarkisyan bildirib.



Sarkisyan onu da qeyd edib ki, bəzi xarici KİV-lər 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olması barədə qərarın “bir gecədə qəbul edildiyini bildirirlər, bu isə əsassız və sadəcə gülməlidir”.

Onun sözlərinə görə, 2013-cü ildə Ermənistan həm AAİB, həm də Aİ ilə danışıqlar aparırdı.

“Əvvəlcə hər iki birlik bildirirdi ki, biri digərinə mane olmur. Lakin Aİ bildirəndə ki, mane olur, bizə nə etmək qalırdı ki?” – Yerevanın AAİB-yə daxil olmaq barədə qərarını şərh edərkən Sarkisyan deyib.
Tarix: 28-08-2017, 21:29
Xəbəri paylaş





Xəbər lenti