Dağıstanda əməliyyat: 2 terrorçu öldürüldü, 2 əməliyyatçı həlak oldu

Dağıstanda əməliyyat: 2 terrorçu öldürüldü, 2 əməliyyatçı həlak oldu Dağıstanın Xasavyurd şəhəri yaxınlığında keçirilmiş antiterror əməliyyatı zamanı 2 terrorçu öldürülüb, 2 əməliyyatçı həlak olub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.

Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.
Tarix: 28-08-2017, 22:34
Xəbəri paylaş





Xəbər lenti