Rusiya: Pxenyan səhvən bizi vurmaq istəsə...

Rusiya: Pxenyan səhvən bizi vurmaq istəsə... Hava Hücumundan Müdafiə qüvvələrimiz Şimali Koreya raketlərinin təsadüfən Rusiyaya tərəf istiqamətlənəcəyi halda onları dərhal məhv edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç danışıb.

“Nəzəri cəhətdən raketlərin səhvən bizim ərazimizə istiqamətlənməsi qəbuledilməzdir. Əgər bu baş verərsə, təbii ki, həmin raketlər dərhal məhv ediləcək”, - Klintseviç bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreyanın Yaponiya istiqamətində buraxılan raketlə bağlı yapon ordusunun hər hansı bir tədbir görmədiyi vurğulanmışdı.
Tarix: 29-08-2017, 14:20
Xəbəri paylaş





Xəbər lenti