İŞİD-in ən qəddar cəlladı MOSSAD agenti çıxdı - MÜDHİŞ İDDİA

İŞİD-in ən qəddar cəlladı MOSSAD agenti çıxdı - MÜDHİŞ İDDİA Liviyada terror təşkilatı olan İŞİD-in ən qəddar qruplarından birininin komandiri, həmçinin bölgə imamı olaraq tanınan Əbu Hafs MOSSAD agenti çıxıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, onun əsl adının Benyamin Efrahim olduğunu iddia edilir. Liviya hökuməti adıçəkilən şəxsi həbs etdikdən sonra onunla bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.

Araşdırmaya görə, o, MOSSAD tərəfindən casusluğa cəlb edilib və ərəb ölkələrində casusluğa vadar olunub. Liviyanın “El Cedid” televiziyası casusun İŞİD-in içinə "sızdığı", sıravi bir döyüşçüdən imamlığa qədər yüksəldiyi və əsas vəzifəsinin təşkilatın sıralarına yeni üzvlər cəlb etmək olduğunu vurğulayıb.

İspaniya mətbuatı da sözügedən xəbərə diqqəti çəkərək şəxsin 200 nəfərlik qrupa komandanlıq etdiyini, bu qrupun vaxtaşırı olaraq Misir ərazilərinə daxil olduğunu və Liviyada ən qəddar qruplaşma olaraq tanındığını yazır.

Qrupun əsas vəzifələrindən biri də qarşıdurmanı Misirə daşımaq olub. İsrail tərəfi isə hələlik bu iddialarla bağlı açıqlama verməyib.

Xəzər
Tarix: 29-08-2017, 15:23
Xəbəri paylaş





Xəbər lenti