MİT kəşfiyyatçıları kürdlərin əlinə necə keçib? –Xəbər təsdiqlənsə, Hakan Fidan PKK lideriylə görüşməli olacaq - Təhlil

MİT kəşfiyyatçıları kürdlərin əlinə necə keçib? –Xəbər təsdiqlənsə, Hakan Fidan PKK lideriylə görüşməli olacaq - Təhlil Amberin Zaman

“Al-Monitor”



Kürd silahlı qrupu Türkiyə kəşfiyyatçılarını tutduğunu iddia edib. Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqəli xadim Diyar Xerib bu şəxslərin MİT üçün çalışan türk vətəndaşları olduğunu ictimaiyyətə açıqlayıb. Hökumət həmin açıqlamaya səssiz qalıb.

"Şübhəsiz ki, PKK, təşkilatın rəsmi nümayəndəsinə sui-qəsd etmək də daxil olmaqla, MİT casuslarının əməliyyatları ilə bağlı xəbərləri dərc edə bilər, amma bunu çox zaman etmir", – Xerib PKK-ya dəstək verən “Roj” xəbər agentliyinə bildirib.

PKK-nın Türkiyənin kəşfiyyat rəsmilərini ələ keçirdiyinə dair xəbərlər ötən həftə ortaya çıxıb. Məlumatlar fərqlidir, amma bir çoxu İraq Kürdüstanının xəbər agentliklərinə əsaslanır. Onların iddiasına görə, türk casusları İraq Kürdüstanının şərq hissəsinə, vilayətin de-fakto paytaxtı Süleymaniyyəyə səfər ediblər.


İddialara görə, PKK-nın yüksək səviyyəli komandiri Cəmil Bıyıkın öldürülməsini planlaşdıran şəxslər pusquya düşüblər.

İranla həmsərhəd olan dağlıq ərazilər Kürdüstan Vətənpərvərlər Birliyi (KVB) tərəfindən idarə olunur. KVB-nin PKK ilə səmimi əlaqələri var. İraq Kürdüstanının başçısı Məsud Bərzaninin Kürdüstan Demokrat Partiyası isə Türkiyəyə sıx bağlıdır.

Xerib iddia edilən MİT casuslarının harada tutulması və ya indi harada olduğu barədə heç bir məlumat verməyib. Ancaq o, həmin adamların fotoşəkillərini yaymaq və şəxsiyyətlərini açıqlamaqla təhdid edib.

PKK-nın MİT casuslarının azadlığa çıxması qarşılığında nə tələb etdiyi aydın deyil. Separatçı təşkilat keçmişdə də, əsgərlər daxil olmaqla, türk vətəndaşlarını əlində saxlayıb. Adətən, onlar PKK-nın gücünü sərgiləməyə hesablanmış “reklam çarxı” ilə sağ-salamat şəkildə azad ediliblər.

Türk hökuməti bu mövzuda səssiz qalır, hər hansı türk səlahiyyətlisinin PKK-nın əlinə keçdiyini nə təkzib, nə də təsdiq edir. Rəsmi nüfuzdan qorxan türk mətbuatı da susur. Əgər sui-qəsd hekayəti doğrudursa, bu, türk hökuməti üçün böyük bir utanc mənbəyi olacaq.

Artıq uzun müddətdir KVB-nin Ankara nümayəndəsi olan Bəhruz Qalalının ölkədən çıxarılmasına dair qərar var.

İraqlı kürd rəsmiləri "Al-Monitor"a avqustun 5-də Süleymaniyyə yaxınlığındakı Dukhan ərazisində PKK tərəfindən iki türk vətəndaşının ələ keçirildiyini təsdiqləyiblər. Vəzifəli şəxslərdən biri Bıyikın öldürülməsi planını "uydurma" adlandırıb.

İddiaya görə, türklər Ərbilə səyahət ediblər və sonradan Süleymaniyyəyə yönəliblər. Səlahiyyətlilər bildirib ki, Türkiyə, Kürdüstan Regional Hökumətini bundan xəbərdar etməyib, lakin həmin şəxsləri azad etmək üçün ondan kömək istəyib.

Türkiyə KVB-ni MİT işçiləri haqqında məlumatları PKK-ya verməkdə ittiham edir. KVB bunu inkar edir.

Birliyin veteranı Sədi Əhməd Pira “Amerikanın Səsi” radiostansiyasına bildirib ki, Qalalının Ankaradan çıxarılması "uğursuz cəhd”dir: "Bu, Türkiyə tərəfindən edilən kəşfiyyat əməliyyatı idi və uğurlu deyil”.

Pira avqustun 23-də Ərbildə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun onunla görüşdüyünü və baş nazir müavini Qubad Təlabani ilə görüşdə bu məsələni qaldırdığını deyib.


Süleymaniyyədə olan Türkiyyə Konsulluğunun da avqustun 24-dən fəaliyyətini dayandırdığına dair təsdiqlənməmiş məlumatlar var. Türk səlahiyyətliləri “Al-Monitor”a bununla bağlı şərh verməyib.

Bəzi analitiklər Türkiyənin hərəkətləri ilə İraqda Kürdüstanın müstəqilliyi ilə bağlı planlaşdırılan referendum arasında əlaqə görürlər. Türkiyə İKRR-nin 25 Sentyabr referendumunun ləğv edilməsini istəyir.

Türkiyənin referenduma ən böyük etirazlarından biri səsvermənin mübahisəli sahələri əhatə etməsidir. Xüsusilə də iraqlı kürdlərin iddiaçısı olduğu, zəngin neft ehtiyatlı Kərkük vilayətini. Kərkükdə Türkiyəyə güclü qohumluq əlaqəsi olan böyük türkmən icması var. Ankara da qarışıq nəticələrlə İraqda öz siyasi gündəmini inkişaf etdirmək üçün türkmənləri səfərbər etməyə çalışır.

Hazırda KVB Kərkükün çox hissəsinə nəzarət edir. Bu bölgədə PKK döyüşçüləri də sığınacaq tapır.

Digər bir fərziyyəyə görə isə, türk hökuməti MİT casuslarını Türkiyəyə gətirmək üçün PKK lideri Abdullah Öcalanın köməyinə ümid bağlayır. PKK liderinə qarşı 2015-ci ilin aprel ayından – hökumətlə PKK arasında sülh danışıqlarının sona çatdığı tarixdən etibarən çıxış-görüş məhdudiyyəti tətbiq olunur.



Tərcümə: Strateq.az
Tarix: 29-08-2017, 22:31
Xəbəri paylaş





Xəbər lenti