Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər

Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər Bu qruplar yaxşı təlim görürlər və üstəlik silahları da var



Avropa Suriya və İraq böhranına görə qitəyə axışan milyonlarla miqrantın istilasına uğrayıb.

Ən azından, miqrantlara nifrət edən və onların dərhal ölkədən çıxıb getməsini istəyən bir çox Avropa vətəndaşı belə düşünür.

Yaxın Şərqdə radikal dini təşkilatın törətdikləri sayəsində baş alıb gedən müharibələr, milyonlarla insanın qətli, özlərini cihadçı hesab edən təşkilatların və onlara daxil olan şəxslərin cinayətləri Avropada çağırılmayan qonaqlara qarşı qayğıkeşlikdən daha çox narahatlıq və nifrət hisslərini doğurub. Buraya Avropanın özündə cərəyan edən siyasi kataklizmləri və onun doğurduğu mənfi təsirləri də əlavə etmək lazımdır.




Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər



“Ukrayna hadisələrindən cəmi 3 il keçməsinə rəğmən, analitiklərin və Avropa kəşfiyyatının gələcəklə bağlı bütün təşvişləri özünü doğrultmaqdadır”, - İtaliyanın “La Stampa” qəzetindən Monika Perozino yazır.

Müəllifin fikrincə, iqtisadi böhran, cihadçı terrorizm və miqranatlar qarşısında qorxu Qərbin neonasist qüvvələrini yenidən, həm də bu dəfə daha güclənmiş və keyfiyyətli şəkildə zühuruna rövnəq verib. İndi bu qruplar təşkilatlanmış hərbi təlimlərdən keçir və hər an silahlı hərəkətə keçməyə hazırdırlar.



Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər

Yazıda İsveçin Geteborq şəhərində bir cinayət hadisəsi ilə bağlı verilən məhkəmə hökmünə diqqət çəkilir. İyulun 22-də siyasi sığınacaq axtaranlar üçün mərkəzə əl bombaları ilə hücum edən 2 İsveç vətəndaşı həbs edilib. Cinayətkarlar “Svenska motståndsrörelsen”, yəni “İsveç müqavimət hərəkatı” adlanan təşikilata mənsub imişlər. Bu təşkilat keçən əsrin 90-cı illərdə “Ağ ari müqaviməti” qruplaşmasının bir neçə üzvü tərəfindən yaradılıb.

Perozinonun yazdığına görə, məhkəmə hökmündə məhkumların özbaşına və qəfildən hərəkət etmədikləri ortaya çıxıb. Belə ki, onların hər iksi Rusiyada, təlim düşərgəsində, Ukraynanın şərqində vuruşan hərbi mütəxəssislərin rəhbərliyi altında məşq keçiblər.

Eyni ssenari Macarıstanın “Maggyar Arcvonal” (Macarıstanın arxa xətti-red.) adlı hərbiləşmiş neonasist hərəkatı ilə həyata keçirilir. Bu təşkilat ölkənin hər yerində yəhudilərə qarşı nifrət oyadır. İl yarım bundan qabaq bu qrupun qərargahından əldəqayırma bombalar və avtomatlar müsadirə edilib. Təhqiqat zamanı silahların Rusiyapərəst muzdlular tərəfindən verildiyi ortaya çıxıb.



Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər



Norveç analitiki, sağ radikal hərəkatlar üzrə mütəxəssis Eyvind Stremen Rusiyanın təlim düşərgələrinin Skandinaviyada populyarlıq qazandığına diqqət çəkib: “Deyəsən biz ötən yüzilin 90-cı illərində Balkan müharibələrində gedən prosesin şahidi oluruq. Həmin vaxtda da sağ radikalçı qüvvələr orada canlı təlim keçirdilər. İndi isə Ukrayna var. Bu, skandinav neonasistləri üçün özünə inamın artırılmasında və hazırlığın gücləndirilməsində ideal meydan sayılır. Bir çox skandinav radikal sağçılar hətta Suriyada kürd hərbi dəstələrinin sıralarında vuruşur”.



Norveçli ekspert skandinav əsilli döyüşçülərin Donbasdan hərbi təcrübə qaznaraq vətənə dönməsinin doğura biləcəyi təhlükədən narahatlığını dilə gətirirb.



Yazıda Moskvanın bu cür qruplaşmalara dəstək verməsinin səbəbləri də araşdırılıb: “Kremlin neonasistlərə dəstək verməsinin altında yatan gerçəklik Avroatlantik mövqedən daha çox Avrasiyaçılığa meyl edən, hərbləşdirlimiş hərəkatların köməyi ilə bir sıra ölkələrin siyasətlərini dəyişdirməkdən ibarətdir”.



Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər

Romada fəaliyyyət göstərən Beynəlxalq araşdırmalar mərkəzinin analitiki Marko di Lino bu cür sağçı radikalçıların peyda olmasını Ukraynadakı böhranla bağlayıb: “Ukryandakı münaqişə avropaçılar və antiavropaçılar, rusiyapərəstlər və antirusiyaçılar arasında qütbləşməni dərinləşdirdi, ideoloji xəttə dayanan qrupları səfərbər etdi. Putinin kommunizmə və sol mədəniyyətə aiddiyyatı yoxdur. O milltətçiliyə söykənən adamdır. Buna görə də məhz Putin Macarıstandakı “Yobbik” və ya Fransadakı “Milli Cəbhə “kimi parlament partiyaları üçün siyasi mayak rolunu oynayır”.



Di lino əsl təhlükəni burada görür: “İndi həqiqi təhlükə ekstremist ritorikanın institutlaşmış partiyalara daxil olmasındadır. Bu, cəmiyyətin bütün sahələrinə zorakılığı gətirə biləcək domino effekti verə bilər”,




Musavat.com
Tarix: 29-08-2017, 23:15
Xəbəri paylaş





Xəbər lenti