Jirinovski Putinin 3 ən böyük səhvi barədə

Jirinovski Putinin 3 ən böyük səhvi barədə Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski videobloger Yuri Duda müsahibəsində ölkə prezidenti Vladimir Putinin hakimiyyəti dövründə yol verdiyi 3 ən böyük səhvini açıqlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının səhvlərindən danışarkən Jirinovski deyib:

“Birincisi, Federasiya subyektləri iriləşdirilməli idi. Altı muxtar dairəni ləğv etdilər, sonra dayandılar. Davam etmək lazım idi”, - Jirinovski deyib.

Onun fikrincə, Putinin ikinci səhvi bütün Ukraynanı almaq əvəzinə, Krımı almaqdır. Jirinovski deyib ki, o, hələ 1991-ci ildən – SSRİ dağılmağa başlayanda bu fikirdə olub: “Yalnız biz – RLDP və şəxsən mən o vaxt QKÇP-ni dəstəklədik. Ancaq ona görə ki, ölkə dağılmasın”.

Üçüncü səhv kimi liberal-demokratların lideri Putinin kiçik sahibkarlığa münasibətini göstərib. “Bunlar üç əsas səhvdir. Onlarla saya bilərəm”, - Jirinovski sözlərini tamamlayıb.
Tarix: 29-08-2017, 23:32
Xəbəri paylaş





Xəbər lenti