Suriyada Türkiyə-ABŞ qarşıdurması: ASO ilə amerikalılar bir-birilərinə silah qaldırdılar – ABŞ hərbçiləri gizləndi

Suriyada Türkiyə-ABŞ qarşıdurması: ASO ilə amerikalılar bir-birilərinə silah qaldırdılar – ABŞ hərbçiləri gizləndi Hurriyyet.org xəbər verir ki, Suriyada ABŞ hərbçiləri ilə Türkiyənin dəstəklədiyi Asad Suriya Ordusu arasında döyüş baş verib.

ABŞ-ın lidri olduğu beynəlxalq koalisiyanın mətbuat katibi, polkovnik Rayan Dillon, Suriyanın şimalında ABŞ ordusu ilə YPG terror təşkilatının nəzarəti altındakı Menbiç yaxınlığında silahlı toqquşma baş verdiyini bildirib. Dillon döyüşün koalisiya qüvvələri ilə Türkiyənin dəstəklədiyi ASO hərbçiləri arasında baş verdiyini bildirib. ABŞ hərbçiləri gizləniblər

“Röyters” agentliyinin məlumatında deyilir ki, polkovnik Rayan Dillon deyib: “Qüvvələrimiz hüvuma məruz qalıb. Cavab atəşi açıldı. Ardından da təhlükəsiz bir yerdə gizləndilər”.

Dillon koalisiyanın Türkiyə dəstəkli qrupların bu hücumlarının qəbuledilməz olduğu ilə bağlı Ankaraya xəbərdarlıq etdiklərini qeyd edib.

Koalisiyanın mətbuat katibi deyib: “Bölgədəki təzyiqi zəiflətmək məqsədi ilə vəzifəsini icra edən əməkdaşlarımıza son iki həftə ərzində dəfələrlə atəş açılıb. Vəziyyət barədə Türkiyədəki həmkarlarımıza məlumat vermişik və növbə çəkməyə davam edirik. Lakin həmişə hazırlıqlıyıq və bu bölgədə özümüzü qorumağa hazırıq”.
Tarix: 30-08-2017, 15:59
Xəbəri paylaş





Xəbər lenti