Yeni Yaxın Şərq müharibəsi - Səbri tükənən İsrail tezliklə "çətin qərar" qəbul edəcək – TƏHLİL

Yeni Yaxın Şərq müharibəsi - Səbri tükənən İsrail tezliklə "çətin qərar" qəbul edəcək – TƏHLİL Lilaç Şoval

“İsrael Hayom”

Suriyanın dövlət başçısı Bəşər Əsəd 2018-ci ilin sonunadək ölkə ərazisinin böyük hissəsində nəzarəti ələ ala bilər. İsrailin yüksək mövqeli hərbçiləri belə düşünürlər.

Qiymətləndirmə bir neçə regional və beynəlxalq prosesə əsaslanır. İlk növbədə isə ABŞ-ın altı illik vətəndaş müharibəsində Əsədə qarşı mübarizə aparan suriyalı üsyançı qruplara köməyi dayandırmaq qərarına. Üstəlik, sünni dövlətlərin də üsyançıları dəstəkləməkdən tədricən vaz keçməsi və əksinə, İranın Əsəd rejiminə dəstəyinin böyüməsi də nəzərə alınmalıdır.


Yaxın vaxtadək İsrail müdafiə qurumunda üstünlük təşkil edən qiymətləndirmə bu idi ki, Suriya 2011-ci ilin mart ayında baş vermiş daxili müharibədən əvvəl mövcud olan siyasi vəziyyətə geri dönməyəcək və Suriya etnik qrupların coğrafi yerləşməsinə əsaslanan muxtar bölgələrə bölünəcək. Lakin hazırkı qiymətləndirmə Əsədin Suriyada yenidən güclənəcəyini deyir və keçmiş müdafiə naziri Ehud Barakın 2011-ci ilə aid Əsəd rejiminin 2012-ci ilə çökəcəyi proqnozu ilə ziddiyyət təşkil edir.

Müdafiə Nazirliyi rəsmilərinin sözlərinə görə, bu dəyişikliyin başlanğıcı 2014-cü ilə təsadüf edir – Obama administrasiyası səylərini Əsəd rejiminin devrilməsindən İraq və Suriyada İŞİD-ə qarşı müharibəyə aparmağa yönəltdiyi vaxtdan. Rus hava qüvvələri tərəfindən digər üsyançı qruplara qarşı kütləvi hava hücumları da Əsədin siyasi həyatda qalmasına kömək edib və Suriyadakı yenilənmiş nəzarət günü-gündən artır.

Müdafiə təsisatının qiymətləndirməsindəki dəyişiklik, həmçinin Tramp administrasiyasının diqqətini Suriyadan daha aktual olan Şimali Koreyanın yaratdığı təhdid kimi beynəlxalq məsələyə yönəltməsindən görünür.

ABŞ mətbuatının məlumatına görə, prezident Donald Tramp yaxın vaxtlarda CIA-ya Suriya üsyançı qruplarına silah və təchizat təminatına dair gizli proqramı dayandırmağı əmr edib. Bu proqram 2013-cü ildə icra olunmağa başlanıb və onun dayandırılması üsyançıların Əsədin əleyhinə səylərinin pozulduğunu göstərir. Mötədil sünni ölkələri də dəstəkdən imtina qərarı ilə arxadan daha bir zərbə vurub və İran Əsədin lehinə güc balansındakı boşluğu sürətlə doldurmaq üçün səylərini artırıb.

İranın İsrailin şimala qonşuları – Suriya və Livandakı hərbi birləşmələrə istiqamətli səyləri ciddi narahatlığa səbəb olur və baş nazir Benyamin Netanyahu bu səylərin Yaxın Şərq müharibəsinə sürükləyə biləcəyinə dair xəbərdarlıq edir.

Müdafiə naziri Aviqdor Liberman BMT baş katibi Antonio Quterreş ilə görüşdə bildirib ki, "İran Suriyada yeni reallıq yaratmağa və bölgədə coğrafi-strateji balansı dəyişməyə çalışır". İsrailin buna izn vermək niyyəti yoxdur.

"İran Suriyada hərbi hava və dəniz bazaları qurmağı planlaşdırır, minlərlə şiə əsgərini bölgəyə gətirir. O, İraqa, Suriyaya və Livana uzanan dəhliz yaradır ki, bu da həmin sahəyə modern silahları gətirməyə imkan verəcək. Tehran bütün bölgəni, ilk növbədə, İsraili təhdid edən şiə hegemoniyası yaradacaq. Bu perspektiv İsraili narahat etdiyi müddətcə dözülməzdir", – Liberman deyib.

Hərbi kəşfiyyat güman edir ki, İran Əfqanıstan, Pakistan və İraq kimi yerlərdən Suriyaya təxminən 10 min şiə əsgəri "idxal edib". Müdafiə Nazirliyinin hesablamalarına əsasən, İran bu qüvvələrdən Suriyadakı təsirin artırmaq üçün istifadə etmək niyyətindədir.

İslam Respublikası artıq Əsəd hökumətinə kömək etmək üçün Suriyaya 2 min iranlı məsləhətçisini göndərib, “Hizbullah” terrorçu qrupu – İranın Livandakı vəkili – Suriya ordusu ilə çiyin-çiyinə döyüşür və qiymətli əməliyyat təcrübəsi qazanır.

İsrailin siyasi və hərbi eşalonu İranın Suriya torpaqlarında mövqe tutmasının qarşısını almaq qətiyyətindədir. Diplomatik səylər davam etsə də, bəzi müdafiə qurumlarında heç kimin israillilərin yerinə "çirkli iş"lə məşğul olmayacağına əminlik var. Müdafiə nümayəndələrinin fikrincə, yaxın aylarda diplomatik səylər boşa çıxarsa, İsrail "çətin qərarlar" qəbul etməlidir.

Netanyahu BMT şefi ilə görüşdə bu ehtimalı dilə gətirib: "İsrailin boynuna kəndir keçirməyə maneə törətmək haqqımız var".

Tərcümə: Strateq.az
Tarix: 31-08-2017, 21:47
Xəbəri paylaş





Xəbər lenti