"QƏTƏR BÖHRANINI HƏLL EDİN" - Tramp Səudiyyə kralına belə dedi

"QƏTƏR BÖHRANINI HƏLL EDİN" - Tramp Səudiyyə kralına belə dedi Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səudu Qətər böhranını diplomatik yolla həll eləməyə çağırıb.

Ağ Evdən verilən açıqlamada deyilir: “Qətər anlaşılmazlığının bütün tərəflərindən böhranı sona çatdırmaq üçün diplomatik həll tapmaları tələb edilib”.

İki liderin terror və radikal ideologiyalarla mübarizə və terrorun maliyyələşdirilməsi dəstəyinin kəsilməsi məsələləri barədə danışdıqları bildirilib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn və Yəmən də daxil olmaqla bəzi ölkələr iyun ayının əvvəlində Qətəri “terroru dəstəkləməkdə” ittiham edərək bu ölkə ilə əlaqələrini kəsmişdilər. Qətər isə bu iddiaları rədd edib.

Qətər, həmçinin, körfəz ölkələrinin hazırladıqları 13 maddəli tələbnaməni də qəbul eləməməmişdi.

4 ölkənin Qətərə qarşı 13 maddəlik tələb siyahısında ölkənin “Müsəlman qardaşlar”a dəstəyi kəsməsi, “Əl Cəzirə” televiziya kanalını və ölkədəki türk hərbi bazasını bağlamaq tələb olunurdu.
Tarix: 31-08-2017, 21:57
Xəbəri paylaş





Xəbər lenti