Şimali Koreyanın ardınca ABŞ da RAKET ATDI

Şimali Koreyanın ardınca ABŞ da RAKET ATDI Hurriyyet.org xəbər verir ki, ABŞ Raketdən Müdafiə Agentliyi və donanması Havai sahillərində raket müdafiəsi sistemini sınaqdan keçirib. Sınağın Şimali Koreyanının ballistik raket sınağından bir gün sonra keçirilməsi diqqəti cəlb edib.

ABŞ Raketdən Müdafiə Agentliyi və ABŞ donanmasının Havai sahillərində birgə raketdən müdafiə sistemi sınadıqları bildirilib.

Raketdən Müdafiə Agentliyi yaydığı yazılı bəyanatda həmim sistemə məxsus olan raketlərin “USS Con Paul Jons” adlı Amerika destroyerindən atıldığını və keçirilən sınaqla orta mənzilli ballistik raket hədəflərinin SM-6 raketi ilə uğurlu şəkildə yaxalandığı bildirildi.

Şimali Koreyadan bir gün sonra

“Donanmanın ballistik raket hədəflərini zərərsizləşdirməkdəki yüksək qabiliyyətini nümayiş etdirdiyini” vurğulayan açıqlamada bu sınağın Şimali Koreyanın Yaponiyanın sahillərinə atdığı ballistik raketdən bir gün sonra keçirildiyi də nəzərə çatdırılıb.
Tarix: 31-08-2017, 22:13
Xəbəri paylaş





Xəbər lenti