“Rusiyada vəziyyət daha da ağırlaşacaq”

“Rusiyada vəziyyət daha da ağırlaşacaq”
Hikmət Hacızadə: “Hazır olmalıyıq!”

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti “İskəndər” operativ-taktiki komplekslərinin satışı üzrə xarici tərəfdaşlardan alınmış sifarişləri nəzərdən keçirir. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu xidmətin direktoru Dmitri Şuqayev deyib.
“Təsdiq edirəm ki, sifarişlər var, lakin onlar barədə danışmaq hələlik tezdir”, - “Ordu-2017” beynəlxalq forumunun yekunlarına həsr edilmiş mətbuat konfransında o deyib.


Şuqayev vurğulayıb ki, “İskəndər” operativ-taktiki kompleksi yüksək dəqiqliyə malik silahların ən yaxşı nümunələrindəndir.
“Təbii ki, onun Rusiya Silahlı Qüvvələrinin əlində olması bizi dost hesab etməyənləri sayıq olmağa məcbur edir. Bu ondan xəbər verir ki, bizim ciddi silahımız var və şübhəsiz ki, o xarici tərəfdaşlarımızın diqqətini cəlb edir. Bizdə həqiqətən də müəyyən qədər sifariş var və bunlar öyrənilir”, - o təsdiqləyib.

Şuqayev bildirib ki, Rusiyanın “müəyyən filtr”i mövcuddur və bu onun beynəlxalq öhdəlikləri ilə bağlıdır. Həmin səbəbdən xarici ölkələrə silah, o cümlədən “İskəndər”lərin satışında çox seçkin sifarişlər təmin edilir.

Qeyd edək ki, Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun məlumatına əsasən, Azərbaycan Rusiyadan silah idxal edən əsas ölkələrdən biridir. 2016-cı ilin sentyabr ayında Yerevanda keçirilmiş paradda Ermənistan Rusiyadan təchiz edilmiş “İskəndər” kompleksinə məxsus maşınları nümayiş etdirib. Beləliklə, istisna edilmir ki, yaxın zamanlarda Rusiya “İskəndər”ləri Azərbaycana da satmağa başlayacaq.
Digər bir məlumata görə, Rusiyada Cənubi Koreya ilə birgə işlənib hazırlanan S-350 “Vityaz” zenit-raket komplekslərinin dövlət sınaqları başa çatmaq üzrədir. Rusiya bu kompleksləri 2018-ci ildə xarici sifarişçilərə təqdim etməyə hazırlaşır. “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov “İzvestiya” qəzetinə bildirib ki, S-350 komplekslərinin ilk alıcıları Hindistan, Əlcəzair, Ermənistan və Yaxın Şərqin S-400 kompleksləri almağa pulu olmayan ölkələri ola bilər. “Bu komplekslər böyük xərclər çəkmədən tammiqyaslı hava-raket hücumlarından müdafiə sistemi yaratmaq istəyən dövlətlər üçün aktualdır”-ekspert deyib.

Rusiya hərbi mütəxəssisləri deyirlər ki, S-350 kompleksləri döyüş imkanlarına görə S-300 zenit-raket komplekslərini üstələyir. Çünki bu komplekslər 12 raket daşıya bilir, böyük sayda hədəf kanalları olduğu üçün eyni vaxtda daha çox hədəfi nişan alır. Kompleksləri “Almaz-Antey” korporasiyası işləyib hazırlayıb. Virtualaz.org xəbər verir ki, bu günlərdə Rusiyanın ekspert çevrələri Azərbaycanın S-400 “Triumf” zenit-raket komplekslərinə maraq göstərdiyi haqda danışmışdı. Bu, kifayət qədər bahalı olmaqla eyni zamanda istənilən hava hədəfini neytrallaşdırmağa imkan verən və dünyada ən qabaqcıl sistemlərdir. Azərbaycanın S-400 komplekslərinə maraq göstərdiyi haqda rəsmi məlumatlar yoxdur, eləcə də Ermənistanın S-350 “Vityaz” komplekslərinin ilk alıcıları arasında yer ala biləcəyi ekspert təxminlərindən o yana keçmir. Lakin istisna deyil ki, Azərbaycanın pilotuz uçan aparatlarının geniş çeşidinə malik olmasını nəzərə alan Rusiya həmin kompleksləri güzəştli kreditlə Ermənistana verə bilər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya ABŞ-ın sərt iqtisadi sanksiyalarına məruz qaldığı halda, ayaqda durmağı bacarır. Düzdür, bir müddət öncə ölkənin ehtiyat fondundakı vəsaitlərin tükəndiyi də qeyd olunurdu. Lakin görünən budur ki, şimal qonşumuz məhz silah-sursat istehsalına ciddi diqqət yetirməklə, silah bazarında öz mövqeyini gücləndirməklə böyük gəlirlər əldə etməyə, nəticədə sanksiyaların zərbəsindən yayınmağa müvəffəq olur. Rusiyanın silah bazarının müştərilərindən biri kimi, Azərbaycanın da adı çəkilir. Bİr sıra hallarda ölkəmizin İsrail kimi silah istehsalçıları ilə yaxın əlaqələrdə olması Rusiyada qıcıqla qarşılanır ki, bu da daha çox valyutanın digər istiqamətdə axmasının qarşısını almağa xidmət edir.

“Rusiyada vəziyyət daha da ağırlaşacaq”

Ancaq politoloq Hikmət Hacızadə güman etmir ki, Rusiya silah bazarından əldə etdiyi vəsaitlərlə böyük təzyiqlərə sinə gərə biləcək.

"Rusiyanın sanksiyalardan güclənəcəyi” barədə səslənən fikrə “bişmiş toyuğun da gülməyi gəlir”. Məsələn, son sanksiyaların rəsmi qəbul olunmasından iki gün əvvəl Rusiyanın qiymətlı kağızları birjada 2 dəfə aşağı düşüb. Yadda saxlamaq lazımdır ki, Rusiyanin bütün texnoloji istehsalı bu və ya digər formada Qərb ehtiyat hissələrindən istifadə edir və bunları heç nə ilə əvəz etmək mümkün deyil. Qərb bu sanksiyaları daha da sərtləşdirmək fikrindədir. Onda vay Rusiya vətənşüvənlərinin halına! Vəziyyət daha da ağırlaşacaq. Biz bunu nəzərə alıb hazır olmalıyıq!”
Tarix: 31-08-2017, 22:46
Xəbəri paylaş





Xəbər lenti