Bəşəriyyət üçün başlıca təhlükələr - “Nobelçi”lər bundan danışıblar

Bəşəriyyət üçün başlıca təhlükələr - “Nobelçi”lər bundan danışıblar AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Nobel mükafatı laureatları bəşəriyyəti təhdid edən başlıca təhlükələrdən söhbət açıblar. Onlar bu barədə suallara cavab veriblər.

«Times Higher Education» jurnalı bəşəriyyətə potensial təhlükələr barədə 50 nəfər Nobel mükafatı laureatı arasında sorğu aparıb. Siyahıda kimya, fizika, iqtisadiyyat və təbabət sahələri üzrə mükafaçılar yer alıb.
Rəyi soruşulan Nobel mükafatçılarının 35,0 faizi insan sivilizasiyasının mövcudluğuna başlıca təhlükə kimi qlobal istiləşməni önə çəkib.

Təhlükəlilik dərəcəsinə görə, ikinci sırada alimlər nüvə silahından istifadəni qeyd ediblər. Üçüncü yerdə isə infeksion xəstəlikləri və infeksiyaların müasir dərmanlara yönəlik rezistentliyini göstəriblər.

Nobel laureatları bəşəriyyətə ən az ziyanı süni intellektin və bütövlükdə, robototexnikanın vura biləcəyini göstəriblər. Bir sıra alimlərin fikrincə, robotlar düşünmək qabiliyyətindən məhrumdurlar və yalnız onlara verilmiş proqram çərçivəsində hərəkət edirlər.
Tarix: 1-09-2017, 08:41
Xəbəri paylaş





Xəbər lenti