Bərzanı Türkləri bilmir, bir gün necə bir zərbə alacağını da bilməz - Dövlət Bağçalı

Bərzanı Türkləri bilmir, bir gün necə bir zərbə alacağını da bilməz - Dövlət Bağçalı Türkiyədə MHP partiyasının sədri Dövlət Bağçalı, bayram namazını Ankarada qıldı. Bayram namazından sonra jurnalistlərə açıqlama verən Dövlət Bağçalı, Məsud Bərzaniyə sərt mesaj verdi.
Avropa.info-nun məlumatına görə, jurnalistlərin sualını cavablandıran Dövlət Bağçalı, “İraq Kürd Regional Rəhbərliyinin” referendum qərarı ilə bağlı, “Bərzani inadkar bir üslubdan istifadə edir. ABŞ-dan aldığı dəstəklə hərəkət edir. Bərzani İngilisləri bilir, Amerikalıları bilir, amma Türkləri bilmir. Sabah bir gün necə bir zərbə alacağını da bilməz” dedi.
Tarix: 1-09-2017, 16:00
Xəbəri paylaş





Xəbər lenti