Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi

Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi Ekspertlər prosesin təhlükəli istiqamət aldığı barədə xəbərdarlıq edirlər


Koreya yarımadasında əldə olunan kövrək sülh Pxenyanın raket-nüvə proqramı və Trampın gözlənilməz addımları sayəsində təhdid altındadır.

“Çünki bütün bunlar Yaponiya və Cənubi Koreyanın nüvə dövlətinə çevrilməsinə doğru aparır”, - ekspertlər belə düşünür.


Tramp özü Pxenyanla danışılqların mənasız olduğu barədə gəldiyi qənaəti hər yerdə büruzə verir. “ABŞ Şimali Koreya ilə 25 ildir danışır, üstəlik pul da verir. Danışıqlar bu problemin cavabı deyil”, - prezident özünün tvitter hesabında belə bir status yazıb.

“Bu cür silah dili yarımadada sülhü saxlamağa kömək edən anlayışı poza bilər. Çünki bu vaxta qədər heç kim birinci atəş açanın özü olmasını arzu etməyib. Lakin indi bu müvəqqəti status-kvonu iki şey təhdid edir: Kimin nüvə raketləri və Trampın öncədən görülə bilməyən addımları...”, - The Times yazır.

Qəzet nüvə müharibəsi təhlükəsi qarşısında əl-qolu bağlı vəziyyətdə qalmaq istəməyən Yaponiya və Cənubi Koreya hökumətlərinin uzunmüddətli strateji varantlar üzərində çalışmağa başladığını qeyd edir. Bunlarn içində hər iki ölkənin gələcəkdə nüvə silahını əldə etmək niyyətləri də yatır.

İspaniyanın El Mundo qəzetinin məşhur icmalçısı Xavyer Espinoza da bundan sonra Tokio və Seulun nüvə dövlətinə çevrilmək yolunda addımlar atacağını düşünür.

“Cənubi Koreyanın prezidenti Mun Cje İn silahlı qüvvələrin gücləndirilməsi ilə bağlı proqrama start verib. Yeni müdafiə büdcəsi 2016-cı illə müqayisədə 6,9% artırılacaq. İyul ayında Seul özünün raket proqramının genişləndirilməsi ilə bağlı ABŞ-ın razılığını alıb. Elə həmin ayda Cənubi Koreya hərbçiləri 800 km uçuş radiusuna malik Hyunmoo-2 raketlərinin müvəffəqiyyətlə sınaqdan keçirildiyini təsdiqləyib”.

Müəllif Yaponiyada da eyni əhval-ruhiyyənin müşahidə edildiyini yazır.

Yapon politoloqu Akira Katonun söyləydiyinə görə, yaponlar arasında ölkənin nüvə arsenalına sahib olması ideyası getdikcə populyarlaşır. Tramp administrasiyası da hər iki dövlətin atom silahına malik olması persperktivinə ciddi etiraz etmir. Bundan başqa, həm Yaponiya, həm də Cənubi Koreyanın yüksək texnoloji nailiyyətləri bu sahədə qısa müddət ərzində nəticə əldə edilməsinin real olduğunu göstərir.

Almaniyanın Focus jurnalı Şimali Koreyanın sanksiyalara rəğmən tərsliyinə diqqət çəkərək problemin həllinin Kim rejiminin iqtisadi kranlarının kəsilməsində görür.

KXDR üzrə ekspert Günter Hilperin fikrincə, Şimali Koreyaya qarşı ən sarsıdıcı sanksiya ərzaq tədarükünü durdurmaqdır. BMT-nin hesablamalarına görə, ölkənin 40%-i aclıqdan əziyyət çəkir. Şimali Koreyanın bütün həyatı taxıldan asılıdır. Lakin bu həm də ən azı 5 milyon insanı ölümlə üz-üzə qoya bilər ki, BMT humanitar nöqteyi-nəzərdən buna getməz”.

Günter Hiplert sanksiya tətbiq ediləcək 3 sahəni - xammal idxalı, gəmiçiliyin və qul ixracatını göstərir.

Hilpert bunların içində ən real variantın Şimali Koreyanın Çin və Rusiyaya ixrac etdiyi “canlı mal”ın, yəni kölə ixracatının durdurulmasını hesab edir. Bilindiyi kimi, Rusiya futbol üzrə dünya çempionatına hazırlıqla bağlı bütün ağır işləri, o cümlədən stadionların tikintisini Şimali Koreyanın göndərdiyi kölələrin sayəsində həyata keçirir. Bu kölələr isə aldıqları maaşı qəpiyinə kimi onlara nəzarət edən rejimin təyin etdiyi adamlara verirlər. Bunun sayəsində Pxenyan hər il milyarldla xarici valyuta cəlb edə bilir.

Eyni vəziyyət Çində də hökm sürür. Çin zavodları canlarını qoyan koreyalı qul-fəhlələrlə doludur.
Ekspert bu səbəbdən həm Çinin, həm də Rusiyanın BMT-nin istənilən qətnaməsinə veto qoyacağını söyləyir.
“Ümumiyyətlə, Şimali Koreyanı iqtisadi sanksiyalarla qorxutmaq çətindir. Hər bir halda Kim öz hərbi məqsədlərinə çatmaq üçün bütün xalqı acından öldürməyə belə qadirdir”.
Musavat.comKim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Kim Çen Inın nüvə ambisiyaları və Trampın döyüşkənliyi
Tarix: 1-09-2017, 16:52
Xəbəri paylaş





Xəbər lenti