İran generalı: Düşmənin hücumuna məruz qalsaq savaşın nə zaman bitməsini biz təyin edəcəyik

İran generalı: Düşmənin hücumuna məruz qalsaq savaşın nə zaman bitməsini biz təyin edəcəyik Düşmənin hücumuna məruz qalsaq, savaşın nə zaman bitməsini biz təyin edəcəyik.

Axar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəsi general Məhəmməd Baqiri “Xatəm ül-Ənbiya” hava hücumundan müdafiə qərargahının işçiləri qarşısında çıxış edərək xarici düşmənin ölkəyə qarşı mümkün hücumdan danışıb.


“Bu gün dünya müstəmləkəçiliyinin başında duran ağılsız və cahil düşmənlərin İran İslam Respublikasına qarşı hücum etməyə cürəti və cəsarəti yoxdur. Onlar yaxşı başa düşürlər ki, bizə hücum etmək onlara sərf etməyəcək və belə bir ağılsız addımın nəticəsi onlar üçün çox ağır olacaq. Əgər xarici düşmən bizə qarşı müharibəyə başlasa, sözsüz ki, bu savaşın nə zaman başa çatmasını və müharibənin hansı məkanda və ya hansı sərhədlərdə aparılmasını onlar yox, biz təyin edəcəyik. Daha doğrusu, belə olduqda, İran İslam Respublikası öz iradə və gücünü onlara diktə edəcək və buna da qadirdir”, - deyə general bildirib.
Tarix: 2-09-2017, 23:44
Xəbəri paylaş





Xəbər lenti