Yaponiya Şimali Koreyaya yeni nüvə sınağı ilə əlaqədar etiraz notası ünvanlayıb

Yaponiya Şimali Koreyaya yeni nüvə sınağı ilə əlaqədar etiraz notası ünvanlayıb Yaponiya bazar günü yeni nüvə sınağının keçirilməsi ilə əlaqədar Şimali Koreyaya diplomatik kanallarla qəti və birmənalı etirazını çatdırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Yaponiya xarici işlər naziri Taro Kono bildirib.

T. Kono Yapon hökumətinin Şimali Koreyanın yeni nüvə sınağı keçirdiyi qənaətinə gəldiyini və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bəyan edib. Eyni zamanda Şimali Koreyaya münasibətdə bütün variantların masa üzərində olduğunu vurğulayıb.

Yaponiya xarici işlər naziri həm də yaxın vaxtlarda Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar ABŞ və Cənubi Koreyadan olan həmkarları ilə telefon əlaqəsi saxlamaq niyyətindədir.

Qeyd edək ki, bazar Şimali Koreya ərazisində 6,1 maqnitudalı zəlzələ olub. Bu, yeni nüvə sınağı ilə əlaqədar ola bilər.
Tarix: 3-09-2017, 13:33
Xəbəri paylaş





Xəbər lenti