Rusiya Şimali Koreyaya xəbərdarlıq edib – “Özü üçün ciddi nəticələri olar…”

Rusiya Şimali Koreyaya xəbərdarlıq edib – “Özü üçün ciddi nəticələri olar…” AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, ölkənin xarici işlər nazirliyi (XİN) Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınaqlarından narahatlığını ifadə edib.

İdarə hesab edir ki, Şimali Koreya hakimiyyəti Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini qulaqardına vurur. Nazirliyin bəyanatında deyilir ki, belə davranış Pxenyanın özü üçün ciddi nəticələr doğura bilər.

Xəbər verilir ki, Moskva bütün tərəfləri dialoqa və danışıqlara qayıtmağa çağırır, çünki bunu Koreya yarımadasında yaranmış problemin həllinin yeganə mümkün variantı hesab edir.

Bu gün Şimali Koreya sayca 6-cı nüvə sınağı keçirib. «Renxap» agentliyi xəbər verir ki, Vaşinqton və Seul qısa müddətdə Pxenyana yönəlik hərbi cavabın bütün variantlarını nəzərdən keçirəcəkləri barədə razılığa gəliblər.
Tarix: 3-09-2017, 13:51
Xəbəri paylaş





Xəbər lenti