Erşat Salihi: "Kərkük valisi 200 nəfər PKK üzvünü şəhərə yerləşdirib, türkmənləri isə tərk-silah edib"

Erşat Salihi: "Kərkük valisi 200 nəfər PKK üzvünü şəhərə yerləşdirib, türkmənləri isə tərk-silah edib" Müasir tariximizin oxumadığımız səhifələri

Hurriyyet.org xəbər verir ki, İraqda yaşayan türkmən soydaşlarımızın “Türkməneli Cəbhəsi” partiyasının lideri Erşat Salihi “Arabiya Al-Hadath” televiziyasında müsahibəsində Kərkük valisinin 200 nəfər PKK terrorçusunu şəhərdə yerləşdirməsi barədə açıqlama verib.

Lider Salihi 1959-cu il Kərkük soyqırımının təkrarlana biləcəyindən narahat olduqlarını və qırğın ehtimalı ola biləcəyini deyib. O, dünən, Kərkük hava limanına 200 nəfərə yaxın silahlı PKK terrorçusunun daxil olduğunu bildirib.

Salihi, Kərkükdə yaxın günlərdə baş verə biləcək bütün hadisələrin məsuliyyətinin Kərkük valisinin üzərinə düşdüyünü də deyib: “Kərkük valisi türkmənlərin silahlanmasını rədd edir, Kərkükü od-alov içərisinə atmaq istəyir”.

Türkmən millət vəkili sentyabrın 25-də İraq Kürd Regional İdarəsi tərəfindən keçirilməsi planlaşdırılan qondarma referendumun Bağdaddan yeni qazanclar əldə eləmək üçün bir sıxışdırma vasitəsi olduğunu və qorxmadıqlarını bildirib.

Erşat Salihi Kərkük valisinin türkmənləri İŞİD-ə qarşı silahlanmağa da qoymadığını bildirib.


Erşat Salihi həmçinin, şəhərin cənubunda yerləşən və 2014-cü ildən bəri İŞİD-in nəzarəti altında qalan Havice bölgəsində yaxın günlərdə aparılacaq hərbi əməliyyatlarla bağlı, əməliyyat başlamazdan əvvəl ehtiyat tədbir və ehtimalların nəzərə alınmasını nəzərə alaraq, 2016-cı il oktyabrın 21-də baş vermiş İŞİD-in Kərkükə hücum hadisələrinin təkrarlana biləcəyindən narahat olduğunu da bildirib.

Bu hadisələr bizə 1988-90-cı illər Azərbaycanını xatırladır. Moskvaya tabe olan o zamankı Azərbaycan rəhbərliyi əhalidən ov tüfənglərini belə müsadirə elədiyi halda, ermənilər Rusiya və beynəlxalq erməni terror şəbəkəsi tərəfindən silahlandırılırdı.

Erşat Salihinn xatırlatdığı, Tənzilə xanım Rüstəmxanlının, 1959-cu ilin iylunda baş verən, üç gün üş gecə davam edən Kərkük soyqırımı və həmin hadisələrdə Məsud Barzaninin atası “Molla” Mustafa Barzaninin rolundan bəhs edən yazısının ünvanını nəzərinizə çatdırırıq: https://tenzilerustemhanli.az/1959-kerkuk-katliaminin-arkasinda-kim-vardi/.

Barzani ailəsinin kimliyi barəsində isə saytımızda daha əvvəl məlumat verilmişdik: http://hurriyyet.org/xeberlenti/14675-barzan-ales-yehud-chxd.html.

Bütün bu siyasi gedişlər, axıdılan qanlar İraqı parçalayıb, əsasən də türkmənlərin yaşadıqları ərazilər hesabına qondarma dövlət qurmaq məqsədi güdən 25 sentyabr Barzani referendumu üçündür. Yeri gəlmişkən, İŞİD də İraq ərazilərində türkmənlərin sıx məskunlaşdıqları Mosul və Telafer şəhərlərini özünə hədəf seçmiş, bu şəhərlərin demoqrafik quruluşuna qanlı və sağalmaz yaralar vurulmasına, əhalisinin dərbədər düşməsinə səbəb olmuş, dinc vətəndaşları soyqırımına məruz qoymuşdu.

P.S. Qeyd edək ki, Erşat Salihinin özünün və ailəsinin ömür yolu böyük şairimiz Məhəmməd Füzulinin bizlərə əmanəti olan İraq türkmənlərinin yaxın tarixinin səhifələridir.
Erşat Salihi (Ərşad Saleh) 1959-cu ildə İraqda, Kərkük şəhərinin Musalla məhəlləsində anadan olub. İlk və orta təhsilini Kərkük şəhərində alıb. 1978-ci ildə Bağdad Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Orta məktəb illərindən başlayaraq Türkman Milli Hərəkatlarına qoşulan Erşat Salihi, universitet illərində hərəkatın qabaqcıllarından olmuşdur. Bu fəaliyyətinə görə 1979-cu ildə Türkman Milli Hərəkatına qoşulma (türkçülük) bəhanəsi ilə Baas partiyası tərəfindən həbs edilmiş və 10 il həbs cəzasına məhkum edilmişdir. 9 il Əbu Qərib Həbsxanasında xüsusi siyasi dustaqların saxlanıldığı bölmədə məhkum olaraq saxlanılan Erşat Salihiin qardaşı Səddam Hüseyn rejimi tərəfindən edam edilmiş və ailəsi də Kərkükdən İraqın cənubundakı vilayətlərə sürgün edilmişdir.
İraqda rejimin devrilməsindən sonra 2003-cü ildə Kərkükdə İraq Türkman Cəbhəsinin Musalla Bürosu vəzifəsinə gətirilən Erşat Salihi, 2004-cü ildə İraq Türkman Cəbhəsi Suriya Cəbhəsi nümayəndəsi kimi çıxış etmişdir. Suriyada da 4 il xidmət edən Erşat Salihi, 2008 - ci ildə İraq Türkman Cəbhəsinin Qurultayı ilə birlikdə Kərkük Vilayət Sədri vəzifəsini aparmağa başlamışdır.
7 mart 2010 - cu ildə İraqda keçirilən seçkilərdə Kərkükdən millət vəkili seçilmişdir və may 2011 - ci ildən etibarən İraq Türkman Cəbhəsinin yeni sədri kimi vəzifəsini davam etdirmişdir.
Erşat Salihinin qardaşı oğlu, Kərkük polis təşkilatının üzvü Ercan Salihi isə 2016-cı il, oktyabrın 21-də, şəhər əhalisini İŞİD terrorçularından qoruyarkən şəhid olub.Erşat Salihi: "Kərkük valisi 200 nəfər PKK üzvünü şəhərə yerləşdirib, türkmənləri isə tərk-silah edib"
Tarix: 4-09-2017, 22:37
Xəbəri paylaş





Xəbər lenti