SAVAŞ HAZIRLIĞI: Döyüş gəmiləri sahilə toplandı: Həqiqi mərmilər atıldı - FOTO

SAVAŞ HAZIRLIĞI: Döyüş gəmiləri sahilə toplandı: Həqiqi mərmilər atıldı - FOTO Şimali Koreyanın hidrogen bombası partlatmasının ardınca bölgədə vəziyyət daha da gərginləşib. Cənubi Koreya genişmiyaslı dəniz təlimlərinə başlayıb və fotolarını yayıb. Fotolardan da görünür ki, təlimlərdə həqiqi mərmilərdən istifadə edilib. Digər tərəfdən ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın raket başlığı daşıması iə bağlı indiyə qədər mövcud olan məhdudiyyəti aradan qaldırıb. Beləliklə də Seula milyardlarla dollar dəyərində yeni silah satışına icazə verilib.

Bir neçə gün əvvəl 6,3 gücündə zəlzələyə səbəb olan bomba sınağıyla dünyanı ayağa qaldıran Pxenyan rejiminə qarşı qüvvələr birləşir.

Cənubi Koreya artıq təlimləri sürətləndirib və bunu göstərmək üçün təlimdən çəkilə fotoları yayıb.



Cənubi Koreyanın raket daşımasyıla bağlı mövcud olan məhdudiyyətlərin aradan qalxması da məhz bu günlərə təsadüf edir. İndiyə qədər mövcud olan qaydalara görə, Cənubi Koreyanın inventarı olan raketlər 800 km mənzilli və 500 kq ağırlığına qədər döyüş başlığı daşıyırdı. Müdafiə Nazirliyinin yaydığı son açıqlamada məhdudiyyətin aradan qaldırıldığını bildirilir. Beləliklə də Şimali Koreyadan gələn təhlükənin önlənəcəyinə işarə olunur.(Cebhe.info)
Tarix: 5-09-2017, 16:04
Xəbəri paylaş





Xəbər lenti