FETÖ-nun çevriliş yuxusu – Peyğəmbər də orda idi...

FETÖ-nun çevriliş yuxusu – Peyğəmbər də orda idi... Fətullah Gülənin həkimi Qüdrət Ünal 15 iyul çevrilişi öncəsində Türkiyə Silahlı Qüvvələrindəki “imam”larına sanki yuxusunu danışırmış kimi çevriliş hazırlığı barədə tapşırıqlar verib.

Axar.az xəbər verir ki, Ünal göndərdiyi mesajları yuxu olaraq qələmə verərək, orduların Ankarada döyüşə hazır olduqlarını göstərib.

Döyüş təlimatı


“Yatsı namazından sonra Xalid ibn Vəlidin iki atlısı pəncərənin önünə gəldilər. Mənim üçün də bəyaz yəhərli bir at gətirmişdilər. Xalid ibn Vəlid mənə əlini uzatdı və barmaqlıqların arasından keçərək ata mindim”.

Ankarada döyüşə hazır ordular gözləyir

“Bir müddət havada atlarla irəlilədik. Az sonra arxasında böyük dağ olan ovalıqda hazır gözləyən ordu göründü. “Bunlar kimdir” dedim. “Səhabə və şəhidlərdən ibarət nəhəng bir ordu” dedilər”.

Peyğəmbərimizi çirkli oyunlarında istifadə ediblər

“Xalid ibn Vəlid “sizə yardım üçün gəldik” dedi. Çadırda kim olduğunu soruşdum. “Əfəndimiz (s.a.v) var” dedilər. Bura isə Ankaranın girişidir. Ordular döyüşə hazır vəziyyətə gətirilirdi”.

Qeyd edək ki, Xalid ibn Vəlid müharibələrdə məğlub olmamış azsaylı ərəb komandanlarındandır. İraqın və İranın fəthində böyük xidmətləri olmuşdur. Əhli-sünnət onu “Seyfullah” (Allahın qılıncı) adlandırır.

Tarix: 5-09-2017, 16:48
Xəbəri paylaş





Xəbər lenti