Rusiya ermənisi Qarabağda avtomobil paylayıb – FOTO

Rusiya ermənisi Qarabağda avtomobil paylayıb – FOTO Rusiyalı erməni xeyriyyəçi Artur Varjapetyan işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfər edərək burada avtomobillər paylayıb. ”LUDİNQ” kompaniyasının direktoru olan Varjapetyan “Şevrole” və UAZ markalı təcili yardım maşınlarını Qarabağ separatçılarına hədiyyə edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xankəndinin mərkəzində keçirilən tədbirdə Qarabağ separatçılarının başçısı Bako Saakyan və digərləri iştirak edib. 20 avtomobil Hadrut, Əsgəran, Şuşa, Kəlbəcərin separatçı strukturlarına hədiyyə olunub. A.Varjapetyan deyib ki, o, artıq 10-cu ildir, 5 sentyabrda analoji xeyriyyə aksiyasını keçirir: “Bu, mənimçün xoşdur və fəxrdir”.
Azərbaycandan Rusiya ermənilərinə ölkəyə sərbəst giriş imkanlarının yaradılmasını tələb edən Moskva görəsən, erməni iş adamının Qarabağa qanunsuz gəlişinə necə izahat verəcək?Rusiya ermənisi Qarabağda avtomobil paylayıb – FOTO
Tarix: 5-09-2017, 21:35
Xəbəri paylaş





Xəbər lenti