Putinə cavab: Rus ordusunun başqa adla ölkəyə gətirilməsi..

Putinə cavab: Rus ordusunun başqa adla ölkəyə gətirilməsi.. Rusiya Prezidenti Vladimir Putin sülhməramlıları Donbasa yeritməklə Dnestryanı variantını reallaşdırmağa cəhd edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın ATƏT-dəki daimi nümayəndəsi Vladimir Aryev söyləyib.

“Aydındır ki, Rusiya bu sülhməramlıların neytral olmasını istəmir. O, təkid edəcək ki, burada Dnestryanı variantı işlənsin. Rusiya hərbçilərinin sülhməramlı adı ilə Donbasa gətirilməsi Ukrayna üçün qəbuledilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, Putin BMT-də Donbasa sülhməramlıların yeridilməsi məsələsini qaldıracaqlarını bildirib. O, bunu ATƏT müşahidəçilərinin təhlükəsizliyi üçün edəcəklərini söyləyib.

Siam.az
Tarix: 6-09-2017, 07:44
Xəbəri paylaş





Xəbər lenti