Şimali Koreyaya qarşı tətbiq oluna biləcək daha hansı sanksiyalar qalıb?

Şimali Koreyaya qarşı tətbiq oluna biləcək daha hansı sanksiyalar qalıb? Şimali Koreyanın 3 sentyabrda sınaqdan keçirdiyi nüvə silahından sonra ABŞ, Pxenyanı sıxışdırmaq üçün daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır. Daha sərt sanksiyaların nədən ibarət olacağı isə məlum deyil.

Xəzinə katibi Steven Mnukin hazırda Trampa təqdim etmək üçün yeni sanksiyalar paketini hazırlayır. O, bildirib ki, Şimali Koreya ilə iqtisadi əlaqələr tamamilə kəsilməlidir.


ABŞ və onun müttəfiqləri BMT Milli Təhlükəsizlik Şurasına yeni çoxtərəfli sanksiyaları hazırlayıb, təqdim etməyi planlaşdırır. Tramp administrasiyası rəsmilərinin CNN-ə verdiyi məlumata görə, buraya Şimali Koreyaya neft ixracatı da daxildir.

BMT Şimali Koreyaya qarşı bir ay bundan əvvəl yeni sanksiyaları qəbul etdi. Yeni sanksiyalar vasitəsi ilə kömür, dəmir və dəniz məhsullarının ixracatında milyardlarla dollar məbləğində vəsaitin ölkəyə daxil olmasının qarşısını almaq hədəf alınıb. Lakin analitiklərə görə, bu, kifayət deyil və Pxenyanı nüvə proqramından imtina etdirməyəcək. Digər sanksiyalar nələr olar bilər?

Neft

Birincisi, Çin Şimali Koreyanın 90% ticarət apardığı ölkədir. Çin Kim rejimi və qlobal iqtisadiyyat arasındakı çox əhəmiyyətli bağlantıdır.

Şimali Koreya mallarını Çinə ixrac etməklə böyük gəlir əldə edir. Bundan əlavə Çin də Şimali Koreyaya mallar ixrac edir və izolyasiya olunmuş dövlət üçün bu, çox vacibdir.

ABŞ məhz Şimali Koreyaya ixrac edilən nefti kəsmək niyyətindədir. Bu səbəbən BMT Təhlükəsizlik Şurasına yeni sanksiyalar paketi hazırlanır. Bu vasitə ilə ABŞ Şimali Koreya iqtisadiyyatına, xüsusilə də əkinçilik sahəsinə zərbə vurmaq niyyətindədir.

Lakin Çinin Şimali Koreyaya dəqiq nə qədər neft ixrac etdiyi məlum deyil. Bir neçə il bundan əvvəl Çin bu barədə hesabatları kömrük xəbərlərinə daxil etməyi dayandırıb.

Çinin dövlət media orqanı olan “Global Times” xəbər verir ki, əgər Çin Şimali Koreyanı neftlə təmin etməsə və yaxud sərhədləri bağlasa, bu, iki ölkə arasında qarşıdurmaya səbəb olacaq.

Tekstil

İkinci sanksiyalar tekstil sənayesinə tətbiq oluna bilər. BMT artıq Çinin aldığı ilk beş kateqoriyada olan mallara qadağa qoyub. Yerdə qalan iki kateqoriya tekstil və geyim mallarıdır. Əslində Şimali Koreyanın tekstil sənayesinin nədən ibarət olduğu barədə geniş məlumat yoxdur. Lakin məlumdur ki, bir sıra Çin firmaları ucuz işçi qüvvəsi olduğuna görə mallarını Şimali Koreyada istehsal etməkdədir. Bu barədə Reuters geniş hesabat vermişdi. Mallar “Made in China” etiketi ile istehsal olunur və dünyaya satılır. Tekstilin geyim kateqoriyası sanksiyaların növbəti hədəfi ola bilər.

Çin bankları

Görünən odur ki, Çin və Rusiya Şimali Koreya ilə əlaqələri kəsmək arzusunda deyil. Bu səbəbdən ABŞ Kim rejimi ilə qeyri-qanuni biznes əlaqələri quran bu ölkələrin şirkətlərinə təzyiq göstərmək niyyətindədir.

Tramp administrasiyası bu qəbildən artıq bir neçə addımını atıb və Kim rejimi ilə əlaqələri olan şirkətləri “qara siyahı”ya salıb. Məsələn, Çin bankına ABŞ-ın maliyyə sisteminə daxil olmaq qadağan edilib.

Keçmiş Xəzinədarlıq rəsmisi Antoni Ruqayronun verdiyi məlumata görə isə Çin banklarına qarşı Vaşinqton daha sərt qadağalar gətirə bilər.

“Çin banklarının Kim rejimi ilə qeyri-qanuni əlaqələri mövcuddur və Tramp administrasiyası onları hədəfə almalıdır” – Ruqayro qeyd edib.

Ekspertlər isə bildirir ki, Çin Şimali Koreyaya qarşı daha sərt sanksiyaların tətbiqinə imkan verməyəcək və iqtisadiyyatını çökməyə qoymayacaq. Çin bu rejimi saxlamaq niyyətindədir, çünki Pxenyan ABŞ-ın Şərqi Asiyaya təsirinə qarşı bufer rolunu oynayır. Çin qonşusunun xaotik şəkildə çökməsini istəmir.

Ekspertlərin verdiyi digər proqnoz isə ondan ibarətdir ki, Çin də öz növbəsində ABŞ şirkətlərini hədəfə ala bilər.

Musavat.com
Tarix: 6-09-2017, 21:17
Xəbəri paylaş





Xəbər lenti