Müharibədən sonrakı Suriya: İsrail də bu siyasi müsabiqədə iştirak etməyə çalışır - TƏHLİL

Müharibədən sonrakı Suriya: İsrail də bu siyasi müsabiqədə iştirak etməyə çalışır - TƏHLİL Cofri Aronson

Middle East İnstitute (ABŞ)

İsrail Bəşər Əsədin küncə sıxışdırılmasında qonşularından daha yaxşı kampaniya aparıb. Digərlərindən fərqli olaraq, İsrail, əslində, Əsəd rejimini devirməkdə heç vaxt səmimi olmayıb. O, mümkün zərərin qarşısını almaq məqsədi ilə prinsipial bir strategiya deyil, opportunist mövqe yürüdüb.


Ancaq post-müharibə Suriyasında ortaya çıxa biləcək problemlər daha mürəkkəbdir. İndi İsrail Suriyadakı ərəb və İran müttəfiqlərin hərbi qüvvələr yerləşdirməməsinə maraq göstərməlidir.

Tel-Əvivin üçün ideal savaş sonrası ssenari – Suriyanın köhnə halına qayıtmasıdır: qeyri-populyar rejim, bütün xarici qüvvələrdən, xüsusilə də Rusiya, İran və "müqavimət oxu”nun hərbi güclərindən azad ölkə, müharibədə zəifləmiş dəyişməz rejimin İsrailin azadlığını təhdid etmədən Dəməşqdə idarəçiliyi.

Bu gün İsrailin Suriyada üzləşdiyi şey bu fantaziyanın həyata keçirməsi deyil, əksinə, Suriyada yerləşən Rusiya təyyarələri və hava hücumundan müdafiə sistemləri, "müqavimət oxu” qüvvələri İsrailin dayanıqlı hərbi əməliyyatlarına pəl vuran kabus ssenarisidir.

ABŞ, İsrailin narahatlığını anlayır, ancaq Suriyanın mərkəzindən çıxıb, vaxtını və pulunu Kürd Demokratik Birlik Partiyası (PYD) ilə “müqəddəs ittifaq”a sərf etməyi üstün tutur. Rusiya isə müttəfiqlərini daha geniş düşüncə və intizamla seçib.

Ən son Putin-Netanyahu görüşündə – Rusiyanın 2015-ci ilin sentyabr ayında Suriyaya müdaxiləsindən bəri sayca doqquzuncu – hərbi qələbədən sonra Rusiya çətiri altındakı Əsəd-“Hizbullah”-İran oxu ilə münaqişə halında İsrail və Rusiyanın mövqeləri bir daha müzakirə olunub.

İsrail həmişə Rusiyanın müdaxiləsindən ehtiyat edir. Çox uzun müddət əvvəl Rusiyanın Suriya səmalarında döyüş təyyarələri yerləşdirilməsi və istifadəsi Tel Avivdə müharibə üçün səbəb sayılardı. 2015-ci ilin sentyabrında Moskvanın müdaxiləsindən sonra, İsrailə Moskva ilə bir sıra müntəzəm məsləhətləşmələrdə yeni mühitin formalaşmasına çalışır – Suriyadakı düşmən qüvvələrinə hücum etməyə imkan verən və hərbi cavabla üzləşməyən mühit.

İsrailin İran və “Hizbullah”ın pis niyyətlərinə dair narahatlıqları var. Ancaq narahatlıqlar gerçək olsa da, 2015-ci ildən bəri İsrail və Rusiya tərəfindən qurulan mexanizmlər onları azaldar. Baş nazir Benyamin Netanyahu Colan cəbhəsində əhəmiyyətli İranlı qüvvələrinin yerləşdirilməsi kimi tədbirlərin qarşısını almaq üçün Moskvanın anlayışını və bəlkə də sakit dəstəyini qazanıb və çünki bu, cüzi tənlikdə strateji üstünlüyə çevrilə bilərdi.

İsrailin hərbi hava qüvvələri komandanının sözlərinə görə, müharibə zamanı 100-dən çox halda İsrail “Hizbullah” silah göndərilməsinin qarşısını alıb.

Bu səylər zamanı Moskvanın “yoldan kənarda” qalması lazım idi.

Soçi sammitinin vaxt təsadüfi seçilməyib. İsrail müharibədən sonrakı dövrdə Suriyadakı iranlı müttəfiq qüvvələrin perspektivini olduqca real sayır. Netanyahu deyir: "İranın İŞİD-in məğlub olduğu və buraxdığı yerlərdə mövqe qurması cəhdləri müzakirə edildi". O, Putinə çatdırıb: "Biz lazım olan zaman “qırmızı xətlər”imizə uyğun hərəkət edəcəyik. Keçmişdə bunun üçün kimdənsə icazə tələb etmədik, amma indiki siyasətimizdə yenilik var".

İsrailin İran niyyətləri ilə bağlı narahatlıqlarına baxmayaraq ki, onların həyata keçirilməsinin perspektivini azaldan fikirlər də mövcuddur.

Təl-Əvivin dayanıqlı çəkindirmə siyasəti real və şəffafdır. Bu günə qədər Əsəd rejimi ilə "oyunun qaydaları"na uyğunluq yaradılması, eləcə də “Hizbullah”ın və İranın təxribat hərəkətlərinə maneə törətmə həyata keçirilib. Netanyahunun Tramp administrasiyası ilə davam edən diplomatiyası, Putin və BMT baş katibi ilə görüş də bu prosesin bir hissəsidir.

Suriyadakı vətəndaş müharibəsinin bir xüsusiyyəti Əsədin rejimin təkcə düşmənlərinə deyil, həm də müttəfiqlərinə nəzarəti itirməsi idi. Buna baxmayaraq, müharibədən sonrakı dövrdə nə Əsəd rejimi, nə də Putin Colanı İsrailə qarşı "isti" cəbhəyə çevirmək üçün İran və “Hizbullah”ın güclənməsini istəmir.

Müharibədə Rusiyanın əsas məqsədi Suriyada dövlət hakimiyyətinin genişləndirilməsi və Şamın suverenliyini bərpa etməsi olub. Əsəd ailəsi demək olar ki, yarım əsrdir İsrailin davamlı düşmənidir. O hələ də “Hizbullah”ın Colanda cəbhə açmasını qarşısını almaq üçün İsrailin qətiyyətini anlamır. Bəşər Əsədin avqustun 20-dəki televiziya çıxışında bu mənada heç nəyin dəyişmədiyi ortaya çıxdı.

Düşmənlərinə dair standartlarını qəbul etmək istəmədiyi üçün İsrail Rusiya və ABŞ-dan da narazıdır, amma əlbəttə, buna əsla təəccüblənmir.

Netanyahu və Putinin 2015-ci ilin sentyabr ayından qurduğu tənzimləmə həm İsrail, həm də onun antaqonist düşmənlərinə istədiklərindən daha az təklif irəli sürüb. İndi İsraildə Suriyadakı təsir müsabiqəsinə qatılır və müharibənin yaratdığı yeni reallıqlarda oyunçu olmağa çalışır.

Tərcümə: Strateq.az
Tarix: 7-09-2017, 15:55
Xəbəri paylaş





Xəbər lenti