“Türkiyə bizim üçün həyati əhəmiyyət daşıyır” - MAKRONDAN AÇIQLAMA

“Türkiyə bizim üçün həyati əhəmiyyət daşıyır” - MAKRONDAN AÇIQLAMA Hurriyyet.org xəbər verir ki, Almaniyanın kansleri Angela Merkelin Türkiyənin Avropa İttifaqına buraxılmamasının lazım olması barəsində ardıcıl qalmaqallı bəyanatlarından sonra Fransa prezidenti Emmanuel Makron fərqli bir açıqlama verib. Markon Türkiyənin Avropa İttifaqından uzaqlaşdığını, lakin Aİ ilə Türkiyə arasındakı bağların qopmamasının lazım gəldiyini bildirib. Makronun fikrincə, Türkiyə bir çox böhranlar zamanı Avropa İttifaqının həyati əhəmiyyət daşıyan ortağıdır.

Yunan dilində çıxan “Kathimerini” qəzetinə müsahibə verən Fransa prezidenti Emmanuel Makron Türkiyənin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Makronun açıqlamasından əvvəl Almaniya kansleri Angela Merkel oktyabr ayında Aİ-nin Türkiyə ilə müzakirələrinin sona çatdırılması və ya təxirə salınması barədə danışıqlar aparılacağını bildirmişdi.

Emmanuel Makron deyib: “Türkiyə son aylarda Avropa İttifaqından narahatlıqverici və nəzərəçarpacaq dərəcədə uzaqlaşdı. Lakin fasilə olmasını istəmirəm. Çünki başda köç məsələsi və terror təhdidi başda olmaqla, Türkiyə üzləşdiyimiz bir çox böhranda bizim üçün həyati əhəmiyyətə sahibdir”.

Siam.az
Tarix: 7-09-2017, 15:57
Xəbəri paylaş





Xəbər lenti