ABS hərbciləri IŞID komandirlərini Deyr əz-Zordan qacıraraq xilas ediblər

ABS hərbciləri IŞID komandirlərini Deyr əz-Zordan qacıraraq xilas ediblər ABŞ-ın Hərbi-Hava Qüvvələri avqust ayında İŞİD terror qruplaşmasının 20-dən çox səhra komandirini Suriyanın Deyr əz-Zor rayonundan təxliyə edib.

SalamNews-un xəbərinə görə, bu barədə RİA "Novosti”yə hərbi-diplomatik mənbə danışıb.


O bildirib ki, Vaşinqton təxliyə edilən terrorçuların təcrübəsindən “fərqli istiqamətlərdə” istifadə etməyi planlaşdırır.

“Avqustun 26-da gecə vaxtı Deyr əz-Zor şəhərinin şimal-qərbindəki Treyf yaşayış məntəqəsinin yaxınlığındakı bölgədən İŞİD-in “Avropa mənşəli” iki səhra komandirini ailələri ilə birlikdə ABŞ ordusuna aid helikopterlə təxliyə edilib.

Həmçinin avqustun 28-də Deyr əz-Zor şəhərinin cənub-şərqindəki Əlbü Leyl rayonundan İŞİD-in 20-dək səhra komandiri və yaxınları Suriyanın şimalına təxliyə edilib”,- deyə mənbə bildirib.
Tarix: 8-09-2017, 10:01
Xəbəri paylaş





Xəbər lenti